Şəfqət və peşəkarlıq simvolu: Zərifə Əliyeva – 103 il
28.04.2026 [15:46]
Ağdaş Rayon İcra Hakimiyyəti, YAP Ağdaş rayon təşkilatı və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycanın oftalmologiya elminin parlaq siması, tanınmış alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının akt zalında təşkil olunan tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Millət vəkili Sahib Alıyev, həmçinin rayonun səhiyyə sisteminin rəhbərliyi, kollektivi, şəhid ailələrinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Vətənimizin suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib. Daha sonra görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin həyat yolunu, elmi nailiyyətlərini və tibb tariximizdəki silinməz izlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru İntiqam İbrahimov akademik Zərifə Əliyevanın dünya oftalmologiya elminə bəxş etdiyi töhfələrdən, onun fundamental elmi tədqiqatlarından və Azərbaycanda səhiyyənin inkişafı naminə göstərdiyi xidmətlərdən geniş bəhs edib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə çıxışında Zərifə xanımın təkcə böyük bir alim deyil, həm də yüksək mənəviyyata sahib həkim-ziyalı obrazı olduğunu vurğulayıb. Orxan Hüseynzadə qeyd edib ki, Zərifə Əliyevanın adı bu gün Azərbaycan xalqı üçün şəfqətin, mərhəmətin və peşəkarlığın əsl simvoluna çevrilib. Natiq, alimin elmi irsinin gələcək nəsillər üçün böyük bir xəzinə olduğunu bildirib.
Millət vəkili Sahib Alıyev isə çıxışında Zərifə xanımın peşəkar fəaliyyətinin gənc həkimlər üçün əvəzolunmaz bir örnək məktəbi olduğunu diqqətə çatdırıb. O, akademikin pasiyentlərinə olan sonsuz diqqətini, səmimiyyətini və insanlara göstərdiyi ana qayğısını xüsusi qeyd edərək, onun Azərbaycan səhiyyəsinin müasir simasının formalaşmasında həlledici rol oynadığını bildirib.
YAP Ağdaş Rayon Təşkilatının sədri Əlişah Rəcəbov çıxışında bildirib ki, Zərifə xanım dahi rəhbər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və mənəvi dayağı olmaqla yanaşı, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi prosesində də böyük mənəvi rola malikdir. Əlişah Rəcəbov vurğulayıb ki, bu mənəvi irs möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin daha da güclənməsində öz real təzahürünü tapır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və insanlara göstərdiyi təmənnasız qayğıkeşlik ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Tədbirdə çıxış edən xəstəxana əməkdaşı Cabir Həsənov tibb kollektivi adından Zərifə xanımın yaratdığı yüksək etik standartlardan və onun mirasının tibb işçiləri üçün bir nümunə olmasından danışıb.
Sonda ictimai-siyasi fəaliyyəti ilə seçilən bir qrup partiya fəalına YAP Ağdaş rayon təşkilatının Fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

