/ / Hacıqabulda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
Hacıqabulda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
28.04.2026 [17:58]
28 aprel 2026-cı il tarixində Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan tibb elminin parlaq simalarından biri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ”İnsanlığın və elmin zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları, həmçinin, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, YAP fəalları, eləcə də bir qrup səhiyyə işçisi iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığının əks olunduğu sərgiyə baxış keçirdilər.
Tədbirin rəsmi hissəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli akademik Zərifə xanım Əliyevanın, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, akademik Zərifə xanım Əliyeva yalnız görkəmli alim deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən bir şəxsiyyət olmuşdur. O eyni zamanda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü və həyatını vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Rayon rəhbəri onu da qeyd etdi ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaşayıb yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək bildirdi ki, Zərifə xanım Azərbaycan elminin səmasında heç vaxt sönməyən bir ulduzdur. O, həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mənəvi dayağı idi. Bu iki dahi şəxsiyyətin qurduqları müqəddəs ailə Azərbaycan dövlətçilik tarixinin sarsılmaz təməllərindən biridir. Zərifə xanım həm də müasir dövlətimizi dünyada lider dövlətlərdən birinə çevirən, bizlərə qələbə həzzini yaşadan Müzəffər Sərkərdə, Cənab Prezident İlham Əliyev kimi bir dünya şöhrətli Lideri xalqımıza bəxş edən, ona nəciblik, müdriklik və vətən sevgisi aşılamış müqəddəs bir anadır.
Daha sonra çıxış edən natiqlər, Hacıqabul rayon prokuroru Lalə Hüseynova, Hacıqabul Rayon Məhkəməsinin sədri Günel Əkbərli, , Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Vəfa Rəhimova, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Xəqani Abbasov və Rayon Ağsaqqallar şurasını sədri Sahib Aslanov bildirdilər ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan elminin səmasında heç vaxt sönməyən parlaq bir ulduzdur. Onun elmi nailiyyətləri həm ölkəmizdə, həm də beynəlxalq aləmdə ən yüksək zirvələri fəth etdi. SSRİ Tibb Elmləri Akademiyasının Mixail Averbax adına nüfuzlu mükafatına layiq görülən ilk qadın alim olması təkcə onun deyil, bütövlükdə azərbaycan elminin böyük təntənəsi idi. Lakin bu böyük insan üçün ən böyük mükafat hər zaman sağaltdığı, şəfa verdiyi xəstələrin ona minnətdar baxışı və xalqının ona olan səmimi məhəbbəti olmuşdur.
Tədbirdə həmçinin vurğulandı ki, Akademik Zərifə xanımın qoyduğu zəngin elmi irs, xatirələrdə yaşayan nuru heç vaxt sönməyəcəkdir. Onun adı Azərbaycan elminin və mənəviyyatının uca zirvələrində hər zaman əbədi yaşayacaqdır.
Tədbirin gedişində Hacıqabul şəhər Uşaq Musiqi məktəbinin fortepiano müəllimi Fuad Nəzərovun solo ifası fonunda Zərifə xanıma həsr olunmuş “Mənalı ömrün anları” adlı fot-şəkillər nümayiş olundu.
Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdirdilər.
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14

