Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransaya məxsus təyyarədaşıyan gəminin freqatında izləyici cihazın aşkarlanması rezonans doğurub

Fransaya məxsus təyyarədaşıyan gəminin freqatında izləyici cihazın aşkarlanması rezonans doğurub

29.04.2026 [14:32]

Fransanın təyyarədaşıyan gəmisi olan “Charles-de-Gaulle”u müşayiət edən freqatlara göndərilmiş açıqcaya yerləşdirilmiş izləmə cihazının aşkarlanmasından sonra bu ölkənin Baş Qərargahı vəziyyəti aydınlaşdırmaq məcburiyyətində qalıb.

AZƏRTAC xəbər verir ki, bundan sonra Fransa Hava-Dəniz Qüvvələrinin təhlükədə olmadığı və ya böhran vəziyyətinə düşmədiyi açıqlanıb.

Hadisə Niderlandın Müdafiə Nazirliyinin də reaksiyasına səbəb olub. Nazirliyin nümayəndəsi bildirib ki, bu insidentdən sonra donanma tərəfindən bir sıra düzəlişlər edilib. Nəticədə “Evertsen” freqatına batareyalı təbrik kartları göndərmək qadağan olunub. Həmçinin hərbi poçtun təhlükəsizliyi ilə bağlı göstərişlər yenidən nəzərdən keçirilib, lakin poçt tamamilə dayandırılmayıb.

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30