Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Zərifə Əliyeva – oftalmologiya elminin görkəmli siması” adlı tədbir keçirilib

“Zərifə Əliyeva – oftalmologiya elminin görkəmli siması” adlı tədbir keçirilib

29.04.2026 [11:09]

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə “Zərifə Əliyeva –oftalmologiya elminin görkəmli siması” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru Ənvər İmaməloyev, səhiyyə işçiləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyeva həm görkəmli alim-oftalmoloq, həm də yüksək mənəviyyata malik ziyalı qadın, fədakar ana və böyük şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun həyatı elmə, insanlara xidmətə və Vətənə bağlılığın parlaq nümunəsidir. Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında xüsusi mərhələ yaratmış alimlərdəndir. O, yalnız praktik həkim kimi deyil, həm də fundamental elmi tədqiqatçı kimi böyük nüfuz qazanmışdır. Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar kimi.

Zərifə xanım Əliyevanın həyat yolu gələcək nəsillər üçün örnək olaraq qalır və onun adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.  “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru, Ərazi Partiya Təşkilatının sədri Ənvər İmaməliyev çıxış edərək bildirdi ki, Zərifə Əliyeva 150-dən çox elmi əsərin, bir sıra monoqrafiyaların müəllifi olmuş, oftalmologiyanın müxtəlif sahələrinə dair fundamental əsərlər yazmışdır. Onun əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq elmi ictimaiyyətdə də yüksək qiymətləndirilmişdir.Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmış, onun müstəsna xidmətləri və geniş elmi fəaliyyəti sayəsində respublikamızda yüksək ixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.

“Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin müdiri Solmaz Şixliniskaya çıxış edərək bildirdi ki, Zərifə xanım xüsusilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılmasında mühüm rol oynamışdır.Onun bu sahədə apardığı tədqiqatlar nəticəsində xəstəliyin profilaktikası və müalicəsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.Alimin sənaye müəssisələrində çalışan işçilərdə yaranan göz patologiyaları ilə bağlı araşdırmaları da böyük elmi əhəmiyyət kəsb etmişdir. Bu tədqiqatlar əmək gigiyenası və peşə xəstəlikləri sahəsində mühüm yeniliklərə yol açmışdır.Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqlənmiş bir qrup fəal üzvə fəxri fərmanlar təqdim edilib.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30