/ / Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib
Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib
07.05.2026 [21:15]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Onun müdrik siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlayaraq sabitlik və inkişaf yoluna çıxmışdır. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir. Həmçinin qeyd edilib ki, Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr də bu istiqamətdə mühüm rol oynayır. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və milli-mənəvi dəyərlərə bağlılığının artırılması bu siyasətin əsas istiqamətlərindəndir.
Çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində güclü dövlət idarəçiliyi formalaşmış, sosial-iqtisadi inkişafın əsası qoyulmuşdur. Bildirilib ki, regionların inkişafı və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır.
Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov çıxışında bildirib ki, Heydər Əliyev xalqımız üçün təkcə dövlət rəhbəri deyil, həm də müstəqil dövlətçiliyimizin qurucusu və azərbaycançılıq ideologiyasının banisidir. O qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün də ölkəmizin inkişafına və milli birliyin möhkəmlənməsinə xidmət edir. Natiq vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlər də bunun bariz nümunəsidir.
Tovuz rayon Papaqçılar kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Mehman Qasımov və Qərbi Azərbaycan İcması Tovuz Rayon şöbəsinin nümayəndəsi Fərmayıl Cəfərov çıxış edərək bildiriblər ki, Heydər Əliyev müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, təhsil sisteminin inkişafı və milli inkişafın təmin olunmasında müstəsna xidmətlər göstərmişdir, onun müəyyən etdiyi siyasət bu gün də uğurla davam etdirilir. Eyni zamanda qeyd olunub ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği və tarixi yaddaşın qorunması milli birliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsində fərqlənən “LA” rəsm kursunun şagirdlərinə Təşəkkürnamələr təqdim olunub, yekunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib
Xəbər lenti
Hamısına baxGündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50

