/ / Qubada “Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib
Qubada “Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib
08.05.2026 [11:28]
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “ Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Sadiq Qurbanov, Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və partiya fəalları iştirak etmişdir.
Quba Palacedə keçirilən konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edənlər bildiriblər ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi və memarı kimi ölkənin siyasi, iqtisadi və sosial inkişafında misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitlik bərqərar olub, dövlət institutları möhkəmləndirilib və inkişafın möhkəm təməli qoyulub.
Bildirilib ki, bu strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, iqtisadi gücünü artırıb, beynəlxalq arenada nüfuzunu möhkəmləndirib və regionun aparıcı dövlətinə çevrilib.
Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideyaları milli maraqlara əsaslanaraq ölkənin müstəqilliyinin möhkəmləndirilməsində, güclü idarəetmə sisteminin qurulmasında və ictimai-siyasi sabitliyin təmin olunmasında həlledici rol oynayıb.
Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi isə Azərbaycanın dayanıqlı inkişafını təmin edir, milli birliyi daha da gücləndirir və ölkənin gələcəyə inamla irəliləməsinə geniş imkanlar yaradır.
Sonra YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.
Sonda partiya sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

