Vücudunun məzarından qalxan ruh
15.05.2026 [08:33]
Lev Tolstoyun “Dirilmə” romanı haqqında
əvvəli ötən saylarımızda
Nə qarətdə əli, nə də qətldə qəsdi olan Maslova andlı iclasçıların bircə texniki səhvi üzündən əməl ortaqlarıyla birgə katorqa cəzasına məhkum olunur. Zavallı iclas salonunda fəryad qoparır, ancaq səsi nəinki uzaqlara, heç yaxına da çatmır.
Məhkəmədən sonra Nexlyudov evlənməyə hazırlaşdığı Missi Korçaginanın görüşünə gedir. Onlar artıq nişanlı kimidirlər, Missi səbirsizliklə Nexlyudovdan konkret təklif gözləyir. Evə qayıdanacan məhbus Katyanın qara gözləri onun gözünün qarşısından, fəryadı qulağından çəkilmir. Bu günkü tamaşadan sonra burnunun ucunda olan ailə xoşbəxtliyi ona əlçatmaz-ünyetməz görünür. Dmitri İvanoviç sidq ürəkdən dua eləyib Allahdan kömək istəyir, içində mürgüləyən tanrısı vicdanının fəryadına oyanıb onun səsinə səs verir.
Bundan sonra Nexlyudov qəlbində hər cür fədakarlığa hazır, hər növ qəhrəmanlığa qadir bir gücün baş qaldırdığını duyur. Bu güc - Tanrı qüdrətidir, bu qüdrət ona deyir ki, əgər məni razı salmaq istəyirsənsə, həyatının səmtini dəyişməlisən, səni gözləyən hər cür dünyəvi rahatlıqdan, maddi rifahdan, tox yaşayışdan, isti ailə ocağından, parlaq karyeradan, fani dəbdəbədən əl çəkib, Katyuşanı zindandan qurtarmalı, onunla evlənməlisən.
Nexlyudov qapılar döyüb Maslovayla görüş icazəsi alır, ondan bağışlanmağını diləyib günahını yumaq istədiyini deyir. Fəqət Katyuşa qabaqkı adam deyil, həyat onu daşdan-daşa çalıb sındırıb, onu öz taleyinə biganə, sevgiyə umsunmayan, sevincə laqeyd satlıq mala, iradəsiz köləyə, ruhsuz bədənə çevirib. Ömrünü baltalamış adamı belə güclə tanıyır, yəni yazıq təkcə sevgisindən yox, nifrətindən də yarımayıb. Qadın öz halından nəinki utanmır, üstəlik, kişilərin ona möhtac olmasıyla arabir qürurlanır da. Katyuşaya knyazın hətta tövbəsi də gərək deyil, indi fəlakətlərinin baisindən alacağı on rubl ondan ötrü yüz tövbədən dəyərlidir. Ötən illər ərzində qadın öz qiymətini də unudub, ona həmişə insan çodarları, can dəllalları qiymət qoyublar.
Şeytan knyaza pıçıldayır ki, bu ölü cəmdəyi diriltmək mümkün olmayacaq, üzü üzlər görmüş məxluqa qolundan qopan qədər pul ver, dönüb arxana baxmadan ondan uzaqlaş. Ani tərəddüddən sonra Dmitri şeytanı beyninin komanda mərkəzindən qovur, hərçənd onun dediyi haqlı sözü də qəribliyə salmır. Prosesin çətinliyi Nexlyudovun gözünə dursa da, daha iş işdən keçib, geriyə yol qalmayıb. Katyuşanın faciəsinə aparan günahı indi onun varlığında inqilab eləyib vicdanını taxta çıxarıb, indən belə onu taxtından salmaq, mənliyini devirmək müşkül görünür.
***
Knyazın türməyə ikinci gəlişində Katya Nexlyudovu sərxoş qarşılayır, onunla küçə adamına xas tərzdə kobud danışır. Nexlyudov onu səbrlə dilə tutub qurtuluşu üçün lazım olan sənədi Maslovaya imzaladır. Sonra knyaz Katyuşaya təntənəli şəkildə elan eləyir ki, günahını yumaq üçün Allahın hüzurunda onunla evlənməyə özünü borclu sayır, niyyəti tam ciddidir. Sərxoş Katyuşa yenə hərzə-hərzə danışıb Nexlyudovu acılayır, onun gecikmiş də olsa xoş niyyətini top-tüfənglə qarşılayır.
Şeytan insanın varlığında hakimiyyəti ələ alanda həmişə belə olur: insan əvvəl dostuna-doğmasına, halına yanana, xeyirxahına qənim kəsilir, sonra da öz canına - dəxli yoxdur hansı formada - qəsd eləyir. Katyuşanın Nexlyudova üsyanı da bu mənada tam şeytani bir qiyamdır, Allahın qüdrətiylə dirilməkdən, daş altından boy göstərən ot kimi dirçəlməkdən imtina, faktiki intihardır:
“Bu Allahı haradan tapıb çıxardınız? Siz hansı Allahdan danışırsınız? Allahı gərək o vaxt yada salaydınız, - Katyuşa çığırdı. - Əl çək yaxamdan! Mən katorqa dustağı, sən ağa, bura sənin yerin deyil. Mənim əlimlə özünü qurtarmaq istəyirsən? Bu dünyada məndən kamını almısan, indi də mənim sayəmdə o dünyada yerini rahatlamaq istəyirsən? Sənin özündən də zəhləm gedir, gözlüyündən də, o piylənmiş murdar sir-sifətindən də! Mənimlə evlənmək sevdan heç vaxt baş tutmayacaq. Ondansa özümü asaram. Bu da mənim cavabım!..”
Yəni nə özüm gəlirəm Allah yoluna, nə də sənin gəlməyinə yol açıram. Şeytana mübtəla olmaq, iblisə kəbinlənmək necə olur bəs?
Ancaq knyaz Nexlyudov da inadından dönənə oxşamır, özünün də iştirakıyla yol verilmiş məhkəmə səhvinin düzəldilməsi, günahsız dustağın məhbəsdən qurtulması uğrunda cəhd göstərməkdən usanmır, səlahiyyətli şəxslərin ayağına getməkdən utanmır, vəkillərə pul xərcləməyə qızırğalanmır. Bu proses boyunca məhkəmələrin ədalətsiz, hökumət qapısında rəhm aramağın faydasız, hakimlərin mənəviyyatsız olduğunu bütün çılpaqlığıyla görəndən sonra özünün andlı məhkəmə iclasçısı statusundan da imtina eləyib müəllifin sosial-siyasi ideyalarının ruporuna çevrilir. Hər dəfə türmə dəhlizləriylə addımlayanda Nexlyudov burada yatan günahsız əzabkeşlərə sarsıntı qarışıq mərhəmət, onları cəzalandıran zalım çinovniklərə dəhşət yüklü qəzəb, baş verənləri acizanə şəkildə seyrə dalan özünə münasibətdə isə xəcalət hissi keçirir. Bütün bunları gördükcə tutduğu müqəddəs işin təmtərağından, mənəvi dirçəlişin ilahi sevincindən qəlbində əsər qalmır, bircə bunu bilir ki, Maslovanı haqsız cəzadan qurtarmaq, əgər razılıq verərsə, onunla evlənmək niyyətindən axıracan vaz keçməyəcək, nə qədər zülm-zillət çəksə də, bu ağrılı-əzablı yoldan əsla dönməyəcək.
***
Yuxarılar da, aşağılar da Nexlyudovu başa düşmürlər, onun işini-gücünü, karyerasını, sərvətini, təsərrüfatını, kandarında durduğu parlaq gələcəyini buraxıb taleyi çoxdan bəllənmiş bir fahişənin dalınca sürünməyi hamıya qəribə gəlir, topluma, hətta öz doğmalarına dəlilik-divanəlik, səfehlik-sarsaqlıq kimi görünür. Onun misilsiz fədakarlığı, cəmiyyətin küllüyünə atılmış bir qadının qurtuluşu - həm cisminin, həm də ruhunun xilası naminə hər şeyini qurban verməsi bir kimsədə bu əməllərin yiyəsinə rəğbət oyatmır, bir kimsənin təqdirinə rəvac vermir. Belə çıxır ki, sən hansısa qeyri-ordinar xeyirxah addımınla, haqqı dost tutmağınla istər-istəməz cəmiyyətə meydan oxuyursan, adamlara heç də yaxşı insan olmadıqlarını xatırladırsan, doğru-dürüst yaşamadıqlarını onların üzünə vurursan, bununla özün də bilmədən, istəmədən məhşərə qədər sürəcək böyük savaşın qarşı duran iki cəbhəsindən birində mövqeyini bərkidirsən. Ulu Nizami bir aşiqanə qəzəlində üzünü Haqqa tutub elə bunu deyirdi: “Sənə dost olmağıma cümlə şəhər düşmən olub...” Nexlyudov böyük savaşın növbəti sərkərdəsi kimi meydana çıxmağa artıq hazırdır.
Növbəti addım paytaxt Peterburqa yollanmaqdır, çünki Maslovanın işinə senatda baxılacaq. Ondan da bir xoş nəticə hasil olmasa, vəkilin məsləhət gördüyü kimi, tək ümid padşahın adına əfv ərizəsi yazmağa qalır. Padşahın ətəyindən də əli üzülsə, knyaz Dmitri Katyuşanın ardınca Sibirə gedəcək, orada da onu tək qoymayacaq.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxElm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36

