Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır
08.05.2026 [17:50]
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev ilə keçirdiyi görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində səsləndirilən bəyanatlar yalnız ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın artan beynəlxalq rolunu bir daha ortaya qoydu.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini xüsusi vurğulayaraq qeyd etdi ki, 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu gün real siyasi və iqtisadi nəticələrlə müşayiət olunur. Dövlət başçısı iki ölkə arasında qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
İtaliya bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, Avropada Azərbaycan qazının əsas alıcılarından biri kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsi fonunda Bakı ilə Roma arasında enerji əməkdaşlığı strateji xarakter daşıyır. Prezident İlham Əliyevin bəyanatında enerji təhlükəsizliyi məsələsinə xüsusi yer ayrılması Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş statusunun daha da möhkəmləndiyini göstərir. Bu baxımdan Ciorcia Meloninin Bakıya səfəri Avropa İttifaqının enerji siyasətində Azərbaycanın artan rolunun təsdiqi kimi qiymətləndirilə bilər.
Səfərin diqqətçəkən məqamlarından biri də İtaliya Baş nazirinin regiona səfəri çərçivəsində Azərbaycana xüsusi önəm verməsi oldu. Prezident İlham Əliyev geniş tərkibdə görüş zamanı Meloninin Ermənistandan sonra Azərbaycana gəlməsini “rəmzi məna daşıyan addım” kimi dəyərləndirdi və bunun Azərbaycana dost münasibətin göstəricisi olduğunu bildirdi. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti nümunəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan–İtaliya münasibətlərinin inkişafında iqtisadi amillərlə yanaşı humanitar və mədəni əlaqələr də mühüm rol oynayır. Son illər İtaliya şirkətlərinin Azərbaycanda infrastruktur, sənaye, energetika və bərpaolunan enerji layihələrində fəal iştirakı tərəflər arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini göstərir. Prezident İlham Əliyev də çıxışında İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək bu əməkdaşlığın qarşılıqlı faydalı xarakter daşıdığını qeyd etdi.
Mövcud beynəlxalq şəraitdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı yalnız iki dövlətin maraqları ilə məhdudlaşmır. Bu əməkdaşlıq Avropa ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi körpünün möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın etibarlı tərəfdaş kimi artan nüfuzu, həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət və regional təşəbbüslərdə oynadığı rol beynəlxalq aktorların Bakıya marağını daha da artırır.
Ciorcia Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər bir daha göstərdi ki, Bakı–Roma münasibətləri yalnız diplomatik əməkdaşlıq çərçivəsində deyil, həm də strateji geosiyasi əməkdaşlıq platforması kimi inkişaf edir. Bu səfər Azərbaycan diplomatiyasının uğuru, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi və Avropa ilə münasibətlərdə yeni imkanların təzahürü kimi tarixə düşür.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

