Ölkəmiz daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir
19.05.2026 [12:07]
Məlum olduğu kimi, Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür. Yeri gəlmişkən, qeyd edək ki, may ayının 17-dən 22-dək Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir. Xüsusilə qeyd etmək lazımdır ki, sərginin ümumi sahəsi 35 min kvadratmetr təşkil edir ki, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. “Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir”, - deyə dövlətimizin başçısı bildirib. Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib. Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətində modern şəhərsalma fəaliyyəti Prezident İlham Əliyev tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Ölkəmizdə memarlıq ənənələrinin qorunması, eyni zamanda, müasir urbanizasiya çağırışlarına cavab verən ekosistemlərin qurulması dövlət siyasətinin prioritet xəttini təşkil edir. Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu da diqqətə çatdırıb. Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə göstərilən ali diqqətin və verilən böyük əhəmiyyətin daha bir ifadəsidir.
2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirib. “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”, - deyə dövlətimizin başçısı vurğulayıb. Mərasimdəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir”. Bildirib ki, biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır. Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər. Prezident İlham Əliyev qeyd edib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”. Hazırda Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir. “Belə mühüm tədbir çərçivəsində bizim BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşümüz imkan yaradacaq ki, bir-birimizdən daha çox şey öyrənək, müsbət təcrübədən yararlanaq və həmçinin səhvlər haqqında danışaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən nümunələr səsləndirib. Dövlətimizin başçısı bununla əlaqədar deyib: “Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, torpaq və hava çirklənib. Bakının bir yerində “Qara şəhər”, Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu adlar heç nə demir. Amma vaxtınız varsa, bu yerləri ziyarət edin və 20 il əvvəl necə göründüklərini və iş görüldükdən sonra hansı görünüşə sahib olduqlarını göstərən foto və videolara baxın. Təbii, bu da göstərir ki, Bakıda və respublikanın digər yerlərində bu işlər aparılır”. Bu beynəlxalq tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və müasir şəhərsalma modeli – "Böyük Qayıdış" proqramının uğurları da dünyaya təqdim olunur. İşğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də bu regionların tamamilə yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya, ekoloji bərpa və post-münaqişə dövrünün yenidənqurma fəaliyyəti sahəsində qabaqcıl və unikal nümunə kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Ən əsası, WUF13 sessiyasının Bakıda uğurla keçirilməsi ölkəmizin dünya miqyaslı problemlərin həllində aparıcı qüvvə olduğunu, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bir daha bütün dünyaya nümayiş etdirir.
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

