Avropanın strateji cəzası...
23.05.2026 [11:17]
Avropa Parlamenti səhvini anlayacaqmı?
AP-nin bir qrup üzvü təşkilatı Azərbaycanla bağlı yanlış mövqeyinə görə tənqid edib
Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi yeni məsələ deyil. 44 günlük Vətən müharibəsindən sonra bu təşkilat tərəfindən ölkəmizə qarşı qəbul edən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Avropa Parlamenti dövlətimizin öz ərazilərini işğaldan azad etməsini, Qarabağ üzərində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir.
Bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa təsisatları yarandıqları zaman xüsusilə beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsipləri əsas götürüblər. Lakin həmin təşkilatların fəaliyyətində bu prinsiplərə riyaət olunmur. Bu təşkilatlar hazırda beynəlxalq güclərin və lobbilərin diqtəsi ilə işləyir. Yəni, fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də bunun sübutudur. Avropa Parlamenti kimi islamafob və türkəfob dairələrin əlində alət olan qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Bu təşkilat hər zaman insan hüquqları və demokratiya pərdəsi altında Azərbaycanı hədəfə alıb. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən, 1 milyona qədər azərbaycanlı qaçqın-köçkünün hüquqlarını müdafiə edən sənədlər qəbul etməyib. Amma indi bu qurum Ermənistanla əməkdaşlığa böyük önəm verir, hazırda həbsdə olan erməniəsilli müharibə canilərini müdafiə edir.
Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırıb
Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin “qanuni” təmsilçisinə çevrilib. Bu gün ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin riyakarlığı və ikiüzlülüyü ilə yanaşı, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. Əslində, Avropa Parlamentinin apreldə qəbul olunmuş son qətnaməsi də Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazanmasından, ərazi bütövlüyünü bərpa etməsindən doğan “qəzəbin” təzahüründən başqa bir şey deyildi. Görünür, son zamanlar Ermənistanla Azərbaycan arasında vasitəçilərin iştirakı olmadan keçirilən danışıqlar, yüksəksəviyyəli təmaslar, 8 avqust Vaşinqton razılaşması Avropa Parlamentini məyus edir. Təşkilat indiki mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır.
Məhz bu kimi səbəblərdən ölkəmiz təşkilata qarşı adekvat addım atmalı oldu. Belə ki, aprelin sonlarında qəbul etdiyi qərəzli qətnaməyə görə Milli Məclis mayın 1-də keçirilən iclasında korrupsiya və rüşvətxorluq yuvası olan Avropa Parlamenti ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Milli Məclisinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına da son qoyulub. Eyni zamanda, Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması qərara alınıb.
Brüssel üçün həyəcan siqnalı...
Azərbaycanın qəti mövqeyindən sonra AP daxilində təşkilatın səhvini anlamağa başlayanlar var. Belə ki, Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər. Mayın 21-də Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və “Avronest”dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb. Xüsusilə, Avropa Parlamentinin “Avronest”dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını məlum qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə “Şərq tərəfdaşlığı” çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.
Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Aİ-nin və Avropa Parlamentinin hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub. Ən kəskin çıxışlardan biri Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı olub. O, bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. K.Terheş birbaşa Avropa Parlamentini ittiham edib ki, qurum apreldəki Ermənistanla bağlı qətnaməni Bakıya təzyiq aləti kimi istifadə edib: “Avropa Parlamenti Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum etmək üçün istifadə etdi, bu tamamilə lazımsız, ağılsız və əks-məhsuldar idi”.
“Bu siyasi səbatsızlıq və geosiyasi intihardır”
K.Terheş xüsusi diqqəti ona yönəldib ki, məhz hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır: “Onilliklər boyu müharibələrdən sonra onlar nəhayət birlikdə işləyir və barışıq və sülh müqaviləsinin imzalanması üçün real səylər göstərirlər”. Onun fikrincə, bu fonda Avropa Parlamentinin hərəkətləri siyasi cəhətdən uzaqgörən görünmür. Deputat, həmçinin Avropa siyasətinin ümumi üslubunu tənqid edib: “Daimi moralizatorluq, ideoloji qınama ilə vəsvəsə - bu xarici siyasət deyil. Bu siyasi səbatsızlıq və geosiyasi intihardır”. K.Terheş xəbərdarlıq edib ki, belə praktika artıq tərəfdaşların uzaqlaşmasına gətirib çıxarır: “Biz Gürcüstan və digər dövlətlərlə bağlı da eyni dinamikanı müşahidə edirik. Onlar ikili standartlar və təkəbbürlü yanaşma səbəbindən Avropa İttifaqındən getdikcə daha çox uzaqlaşırlar”. Onun qiymətləndirməsinə görə, Aİ məhz Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda mövqelərini itirmək riski ilə üzləşir: “Azərbaycan sadəcə Aİ-nin başqa bir tərəfdaşı deyil. O, Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi üçün əsas əhəmiyyətə malikdir”.
K.Terheş vurğulayıb ki, Azərbaycan Avropaya Rusiya qazından asılılığı azaltmağa kömək edib, yanacaq tədarük edir və Ukraynaya humanitar yardım göstərir: “Azərbaycan kimi ölkələrin uzaqlaşdırılması sadəcə məsuliyyətsizlik deyil, bu geosiyasi cəhətdən özünüməhvetmədir”. Onun sözlərinə görə, Avropaya realizm, strateji düşüncə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq lazımdır, daimi nəsihətlər və özünü üstün hesabetmə hissi yox.
“Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın!”
“Patriots for Europe” qrupunun deputatı Anjelin Füre isə Bakı ilə münasibətlərdəki böhranı regionda Avropa strategiyasının iflası kimi təqdim edib: “Azərbaycanın “Euronest”dən çıxmaq qərarını sadəcə prosedur addımı hesab etmək olmaz. Bu Avropanın strateji cəzasıdır”. A.Füre böhranı birbaşa Aİ-nin hərəkətləri ilə əlaqələndirib: “Biz sizin müdaxiləniz və Ermənistana münasibətdə yanaşmamızın bədəlini ödəyirik”. Onun sözlərinə görə, Avropa eyni vaxtda Bakı ilə enerji əməkdaşlığını saxlamağa və siyasi təzyiqi gücləndirməyə çalışırdı: “Siz düşünürdünüz ki, qaz tədarükünü təmin edəcəksiniz, amma eyni zamanda bütün bu qətnamələri qəbul edirdiniz”.
A.Füre əlavə edib ki, Avropa nə humanitar məqsədlərə nail olub, nə də Azərbaycanla münasibətləri yaxşılaşdırıb. O, həmçinin Avropa strukturlarını dövlətlərin yerini tutmağa cəhddə ittiham edib: “Siz dərs keçmək üçün dövlətlərin rolunu öz üzərinizə götürdünüz”. Daha sonra o, geosiyasətə keçib və bəyan edib ki, Aİ bəyannamələrlə məşğul olarkən region Avropasız yenidən qurulmağa başlayıb. Avropalı parlamentarinin fikrincə, ABŞ administrasiyası Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdıraraq tranzit dəhliz yarada bilib. A.Füre xüsusi diqqəti yeni marşrutun - “TRIPP” dəhlizinin artıq iqtisadi ölçü qazanmasına yönəldib: “Yeni strateji yol meydana çıxdı - sülh yolu və faktiki olaraq ABŞ kapitalı tərəfindən idarə olunan”.
“Geoiqtisadi baxımdan Avropa təcrid olunmuş vəziyyətdə qalıb, Mərkəzi Asiyanın yeni siması isə Aİ-siz formalaşır. Avropa dünyanın öz gözləri önündə yenidən qurulmasını seyr etməyi dayandırmalıdır”,- deyən deputatın son çağırışı Avropa institutlarına ünvanlanıb: “Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın. Ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin və yetkin real politikaya keçin”.
AP “odun üstünə yağ tökən” qətnamələr qəbul edir
Deputat Tyerri Mariani isə öz növbəsində bəyan edib ki, hazırda Cənubi Qafqaz unikal nöqtədədir, onilliklər boyu münaqişədən sonra Bakı və İrəvan sülhə yaxınlaşıb. O xatırladıb ki, əvvəllər tənzimləmə praktiki olaraq qeyri-mümkün hesab olunurdu: “Bu gün çoxlarının qeyri-mümkün hesab etdiyi baş verir - barışıq prosesi başlayır”. Lakin onun fikrincə, Avropa Parlamenti əks istiqamətdə hərəkət edir, “odun üstünə yağ tökən” qətnamələr qəbul edir. T.Mariani qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, lakin qanuni narahatlıqları səbəbindən qapını bağlayıb. “Qafqazda sülhə Avropa Parlamentinin müdaxiləsi ilə deyil, regiondakı danışıqlar yolu ilə nail olunacaq”, - deyə o, vurğulayıb.
Digər Avroparlamentari Tomas Frölih də Azərbaycan ətrafındakı böhranı Aİ-nin xarici siyasətinin daha geniş problemi ilə əlaqələndirib: “ABŞ və Çin ilə pis münasibətlər yaranıb, Rusiya ilə isə ümumiyyətlə münasibətlər yoxdur. Aİ-nin tədricən dünya siyasətinin kənarında qaldığı təəssüratı yaranır”. O xəbərdarlıq edib ki, Bakı ilə davam edən problem Avropanın energetikasına zərbə vura bilər: “Əgər biz Azərbaycanla bu cür ünsiyyət qurmağa davam etsək, bu Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər”.
Beləliklə, Avropa Parlamentinin deputatları artıq qəbul etdikləri qərəzli qətnamələrin fərqindədir. Təşkilat anlamalıdır ki, Azərbaycanla təzyiq dili danışmaq yolverilməzdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

