Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Əl Ərəbiyə” telekanalı İran mediasını feyk xəbərlər yaymaqda ittiham edib

“Əl Ərəbiyə” telekanalı İran mediasını feyk xəbərlər yaymaqda ittiham edib

22.05.2026 [19:50]

“Əl Ərəbiyə” yayım şirkəti İran mediasının telekanala istinadla ABŞ-İran danışıqlarında razılaşma əldə edildiyi barədə feyk xəbərlərini təkzib edib. O, əlavə edib ki, kanala aid olduğu bildirilən məlumatlar yalan və uydurmadır.

AZƏRTAC telekanalın bəyanatına istinadla xəbər verir ki, yayım şirkəti İranın bəzi media orqanlarının xəbərlərin həqiqiliyini yoxlamadan və ya hətta şəbəkənin rəsmi platformalarında mövcudluğunu təsdiqləmədən “Əl Ərəbiyə”yə aid etdiyini bildirib və bunu ciddi jurnalist səhvi adlandırıb.

“Əl Ərəbiyə” əlavə edib ki, nüvə razılaşmasının əldə edildiyi və ya Vaşinqtonla Tehran arasında danışıqlarda bütün məsələlərin həll olunduğu barədə heç bir məlumat dərc etməyib. O, media qurumlarını peşəkar standartlara riayət etməyə və məlumatları dərc etməzdən əvvəl yoxlamağa çağırıb.

Bu, Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqları ilə bağlı sızmalar və ziddiyyətli xəbərlər axını fonunda baş verir. Müşahidəçilər deyirlər ki, qəsdən sızmalar və təsdiqlənməmiş məlumatların yayılması danışıqlar zamanı dəfələrlə müşahidə olunub və çox vaxt müzakirələrin gedişatına təsir göstərmək və ya siyasi-iqtisadi reaksiyaları sınaqdan keçirmək məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31