Baş nazir Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
22.05.2026 [18:19]
Mayın 22-də Türkmənistanın paytaxtı Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.
Baş nazir məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahə Birliyə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır. Qeyd olunub ki, məhz humanitar layihələr və təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın, ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün mühüm potensiala malikdir.
Bu kontekstdə Ə.Əsədov 2027-ci ildə Minsk şəhərinin, 2028-ci ildə isə Karaqanda şəhərinin MDB-nin Gənclər Paytaxtı elan olunması ilə bağlı qərarı alqışlayıb.
Azərbaycan Hökumətinin başçısı, həmçinin qeyd edib ki, bu günlərdə Bakıda dayanıqlı inkişaf, urbanizasiya və həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunan ən böyük beynəlxalq platformalardan biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatır. BMT-nin himayəsi altında keçirilən WUF13-ün dünyanın 182 ölkəsindən 40 mindən çox nümayəndəni bir araya gətirdiyi vurğulanıb.
Baş nazirin sözlərinə görə, 13-cü Sessiya çərçivəsində qlobal mənzil böhranı, şəhərlərin dayanıqlı inkişafı, iqlim davamlılığı və böhrandan sonrakı bərpa məsələləri də daxil olmaqla aktual qlobal çağırışlar müzakirə edilib.
Ə.Əsədov Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari əməkdaşlığının inkişafına xüsusi diqqət yetirib. Bildirilib ki, bu sahədə münasibətlər ardıcıl şəkildə möhkəmlənir və müsbət dinamika nümayiş etdirir. Xüsusilə qeyd olunub ki, 2025-ci ildə Azərbaycan ilə MDB-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 10 faizdən çox artıb.
Baş nazir, eyni zamanda, qarşılıqlı ticarətin, investisiya əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu da vurğulayıb.
Ə.Əsədov Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən danışarkən qeyd edib ki, hazırda ölkədə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sahəsi və iqtisadiyyatın yüksək texnologiyalar sektorları ardıcıl şəkildə inkişaf edir.
Yaşıl energetikanın inkişafının prioritet istiqamət olduğu ayrıca vurğulanıb. Baş nazirin sözlərinə görə, ölkədə bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilən irimiqyaslı layihələr təkcə ekoloji dayanıqlığın möhkəmləndirilməsinə deyil, həm də Azərbaycanın investisiya və ixrac potensialının genişlənməsinə xidmət edir.
Ə.Əsədovun sözlərinə görə, Qarabağ bölgəsinin bərpasına xüsusi diqqət yetirilir. Burada yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların, həmçinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə keyfiyyətli yeni dayanıqlı inkişaf modeli həyata keçirilir.
Baş nazir bildirib ki, artıq bu gün Qarabağ bölgəsi iqtisadi fəallıq, investisiya və dayanıqlı inkişaf üçün mühüm məkana çevrilir.
Çıxış zamanı Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat-logistika qovşağı kimi rolunu ardıcıl şəkildə gücləndirdiyi də qeyd olunub. İrimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının daha da genişlənməsinə və Avrasiya məkanında logistik bağlantının möhkəmlənməsinə töhfə verir.
Bundan başqa, Ə.Əsədov iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı artımın təmin olunmasına yönəlmiş genişmiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsinin fəallaşdığını qeyd edib. Bununla əlaqədar bildirilib ki, 2025-ci ilin dekabrında texnologiya sektorunun, innovasiyaların və rəqəmsal transformasiyanın sürətlə inkişafını nəzərdə tutan Azərbaycanın 2026-2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası təsdiqlənib.
Baş nazir bildirib ki, həyata keçirilən təşəbbüslərin məcmusu qeyri-neft sektorunun dayanıqlı artımı və beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi ilə yanaşı, texnologiyalara, infrastrukturun inkişafına və regional inteqrasiyaya əsaslanan yeni iqtisadi modelin formalaşmasına töhfə verir.
Ə.Əsədov çıxışının yekununda vurğulayıb ki, Azərbaycan Respublikası MDB çərçivəsində daim mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv tərəfdaşlıq prinsiplərinə sadiq qalır.
Daha sonra hökumət başçıları iclası geniş tərkibdə davam etdiriblər. İclasın yekununda bir sıra sənədlər imzalanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

