7-ci dialoq...
23.05.2026 [11:50]
Formatın adı dəyişdirildi
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb.
Ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Ötən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda müşahidə edilən geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də bir sıra yeniliklərə səbəb olmaqdadır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də vacib rol oynayır.
Format Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılacaq
Yeri gəlmişkən, mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.
Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. İştirakçılar geosiyasi proseslər və xarici siyasət, bağlantı, enerji təhlükəsizliyi və Orta Dəhliz də daxil olmaqla, regional və beynəlxalq prosesləri müzakirə ediblər. Aİ Azərbaycanın regional bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi rolunu qeyd edib, davamlı, iqtisadi cəhətdən səmərəli və qaydalara əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.
Aİ Azərbaycanda aparılan humanitar minatəmizləmə səylərinə dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam etdirilməsini alqışlayıb. Səfər çərçivəsində mayın 19-da Aİ nümayəndə heyəti Ağdam rayonu da daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkib, Azərbaycan tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olub. İştirakçılar, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Aİ Azərbaycanla Ermənistan arasında son aylarda əldə olunmuş irəliləyişi, o cümlədən etimad quruculuğu tədbirlərini və təmasların intensivləşməsini alqışlayıb, davamlı sülhün dəstəklənməsi üçün dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinə çağırış edib.
Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir. İclasa Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər.
Xatırladaq ki, Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası ötən il mayın 22-də Brüsseldə keçirilmişdi. Həmin iclasda da tərəflər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən qarşılıqlı maraq doğuran xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparıblar. Onlar son yüksək səviyyəli təmasları alqışlayıblar və tərəflərin ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu nümayiş etdirmişdilər.
Aİ Azərbaycanın enerji təhlükəsizliyində rolunu qiymətləndirir
Ümumiyyətlə, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. Avropa İttifaqı Şurasının Prezidenti L.Koştanın və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti K.Kallasın Azərbaycana son səfərləri də məhz yeni reallıqlar fonunda müsbət dəyərləndirilə bilər. Təsadüfi deyil ki, hər iki şəxs Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyiblər. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Aİ rəsmiləri ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyiblər.
Azərbaycan Avropanın 12 ölkəsinə qaz ixrac edir
Avropa İttifaqının qaz və neft idxalından asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu artırmaq imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. Bu gün ölkəmizə yaxın regionlarda davam edən qeyri-sabit vəziyyət Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Məlumdur ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Artıq nəzərdə tutulan hədəflərə doğru inamla irəliləyirik. Cənub Qaz Dəhlizi bu gün 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 16 ölkə Azərbaycandan qaz alır və onlardan 12-i Avropa ölkəsi, 10-u isə Aİ-nin üzvüdür. Bütün bu səbəblərdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir. Məqsəd və məram isə bütün bölgə ölkələrini bir sülh ailəsində birləşdirməkdir. Nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaq. Bu amil ölkəmizə iqtisadi gəlirlər gətirməklə yanaşı, mühüm siyasi dividendlər də qazandırır. Azərbaycan beynəlxalq birliyə bir daha nümayiş etdirir ki, dünyada etibarlı tərəfdaşdır. Qazanılan nailiyyətlər isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artırır və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

