Azərbaycanın şəhərsalma təcrübəsi dünyaya nümunədir
23.05.2026 [12:58]
Çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycanın əksər nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri də yüksək səviyyədədir. Ölkəmiz geniş imkanlarını təqdim etməklə həmin təşkilatların fəaliyyətinə davamlı töhfələr verir və eyni zamanda, onlardan öz həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün səmərəli platforma kimi istifadə edir.
Bu kontekstdə Azərbaycan-BMT əlaqələrinin genişlənməsi də məmnunluq doğurur. Bu günlərdə Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib. Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulanıb. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlanıb.
Bir komanda kimi uğurlu fəaliyyət
May ayının 17-22-də Azərbaycan paytaxtında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) böyük uğurla baş tutub. Qəbulda dövlətimizin başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.
BMT tərəfindən 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya nəticəsində şəhərlərdə yaranan çağırış və problemlərin müzakirəsi məqsədilə keçirilir. Forumun əsas koordinatoru BMT-nin Məskunlaşma Proqramıdır (UN-Habitat). İki ildən bir təşkil olunan forumda həmin dövr üçün aktual hesab edilən məsələlər müzakirəyə çıxarılır. Ölkəmizin ev sahibliyi ilə təşkil olunan WUF13 üçün aktual gündəlik müəyyənləşdirilib. Belə ki. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilib. Qəbulda WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.
Öz növbəsində WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlətimizin başçısını təbrik edib. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksəksəviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirib.
UN-Habitat ilə səmərəli əməkdaşlıq
Ölkəmizdə şəhərsalma, mənzil inklüzivliyinin təmin edilməsi dövlətin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Bu strateji xəttə uyğun oaraq Azərbaycan Prezidenti və Birinci vitse-prezident şəhərsalma məsələlərini daim diqqətdə saxlayırlar. Ölkəmizdə dövlət başçısının Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu qətiyyətli siyasi iradəni təcəssüm etdirir.
Eyni zamanda, Azərbaycan 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq respublikamızda uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirilib. Həmin forumlarda şəhərsalma istiqamətində qazanılan uğurlar təqdim olunmaqla yanaşı, həm də yeni hədəflər müəyyənləşdirilib.
WUF13 də Azərbaycan hökuməti ilə UN-Habitat-in birgə əməkdaşlığının nəticəsi olaraq baş tutub. Forum çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli panel müzakirələr keçirilib. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirib.
Şəhərsalmada Azərbaycan modeli - tarixiliklə müasirliyin uğurlu vəhdəti
Qədim tarixə malik Azərbaycanda zəngin şəhərsalma ənənələri formalaşıb. Xalqımız tarixən şəhərlər yaradan xalq olub. Həmçinin paytaxt Bakının, digər şəhərlərin inkişafının, eləcə də işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpasının timsalında aydın şəkildə görmək mümkündür ki, Azərbaycanın özünəməxsus şəhərsalma ənənələri hazırda da yaşayır və daha da zənginləşir. Respublikamızda şəhərsalma konsepsiyası tarixi qorumaqla müasirləşmə prinsipinə əsaslanır. Bu gün biz paytaxt Bakının timsalında qədimliklə müasirliyin unikal vəhdətini görə bilərik.
İşğal illərində 11 min kvadratkilometr ərazidə şəhər bə kəndlərimiz məqsədli urbisid siyasətinə məruz qalıb. Postmüharibə dövründə isə həmin ərazilərdə də yaşayış məntəqələrinin bərpası xalqımızın şəhərsalma ənənələri və yeni tendensiyalar, innovativ yeniliklər nəzərə alınmaqla həyata keçirilir. Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptləri əsasında bərpa olunması WUF13-ün iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Qəbulda Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirilib və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulanıb.
Ölkəmizin intellektual brendi - “ASAN xidmət”
Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin müasirləşdirilməsini özünün strateji hədəflərindən biri kimi müəyyənləşdirib. “ASAN xidmət” modeli də bu siyasətin real həyatda uğurlu təzahürüdür. Respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət təqdim olunur.
Dünyada ölkəmizin intellektual brendi olan “ASAN xidmət” modelinə marağın artması Azərbaycanın böyük uğurudur. İndiyədək əlçatanlığı ilə yüksək vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələrdə də bu modelin tətbiqinə başlanıb. Qəbulda Azərbaycanın “ASAN xidmət” modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlanıb, “ASAN xidmət”in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

