Aqrar siyasətin yeni mərhələsi
01.06.2026 [10:12]
Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasət artıq ayrıca iqtisadi kurs kimi formalaşıb. Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, dövlət bu sahəni yalnız ənənəvi iqtisadi istiqamət kimi deyil, milli təhlükəsizlik və regional inkişafın əsas dayaqlarından biri kimi qiymətləndirir. 2004-cü ildən başlanmış regional inkişaf proqramları Azərbaycanın iqtisadi coğrafiyasını faktiki olaraq dəyişdirdi. Vaxtilə elementar infrastruktur çatışmazlığı yaşayan bölgələrdə qaz, elektrik, yol və su təminatı məsələlərinin həlli kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaratdı. Bu gün ölkədə qazlaşmanın yüksək səviyyəyə çatması, kənd yollarının yenilənməsi, iri su anbarlarının tikilməsi və suvarma sistemlərinin genişləndirilməsi aqrar istehsalın dayanıqlı əsaslarını formalaşdırıb.
Məhz bu infrastruktur bazası sayəsində kənd təsərrüfatının müxtəlif istiqamətlərində ciddi nəticələr əldə olunub. Vaxtilə tənəzzül yaşayan pambıqçılığın yenidən dirçəldilməsi buna ən aydın nümunələrdən biridir. Bir dövr istehsalı minimum həddə düşmüş sahədə indi həm məhsuldarlıq, həm də ümumi istehsal əhəmiyyətli dərəcədə artıb. Bu isə təkcə statistik göstərici deyil, kənd rayonlarında məşğulluğun və gəlirlərin yüksəlməsi deməkdir. Eyni proses baramaçılıq və ipəkçilikdə də müşahidə olunur. Dövlət dəstəyi sayəsində uzun illər unudulmuş ənənəvi sahələr yenidən iqtisadi dövriyyəyə qaytarılıb.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri isə aqrar siyasətdə yeni mərhələyə keçidin anons edilməsi oldu. Prezidentin kənd təsərrüfatında son illərin dinamizmini kifayət qədər qənaətbəxş hesab etməməsi göstərir ki, qarşıdakı dövrdə daha nəticəyönümlü idarəetmə modeli tətbiq ediləcək. Hazırlanan yeni Dövlət Proqramının həm dövlət, həm də özəl investisiyaları birləşdirməsi aqrar sahədə daha geniş iqtisadi fəallıq yaradacaq.
Xüsusilə ərzaq təhlükəsizliyi məsələsi artıq qlobal çağırış fonunda strateji xarakter alır. Dünyada müharibələr, logistika zəncirlərinin pozulması və enerji böhranı bir çox ölkələri ciddi risklərlə üz-üzə qoyub. Belə şəraitdə Azərbaycanın daxili istehsal imkanlarını artırmaq siyasəti vaxtında verilmiş qərar kimi görünür. Bu istiqamətdə aqroparkların yaradılması mühüm rol oynasa da, müşavirədə buğda üzrə özünütəminetmə səviyyəsinin artırılması ilə bağlı açıq mesajların verilməsi göstərir ki, hökumət mövcud nəticələrlə kifayətlənmək niyyətində deyil.
Müşavirədə kəndlərin sosial cəhətdən daha cəlbedici məkanlara çevrilməsi ilə bağlı yanaşma da xüsusi diqqət çəkdi. Məqsəd təkcə kənd təsərrüfatını inkişaf etdirmək deyil, kənd həyatını müasir standartlara uyğunlaşdırmaqdır. Rayonlarda xəstəxanaların, məktəblərin, xidmət sektorunun inkişafı məhz bu strategiyanın tərkib hissəsidir. Dövlətin yanaşması ondan ibarətdir ki, insanlar doğma torpaqlarında həm rahat yaşaya, həm də dayanıqlı gəlir əldə edə bilsinlər.
Bütün bunlar göstərir ki, Azərbaycan aqrar sahəyə yalnız subsidiya və dəstək prizmasından yanaşmır. Formalaşdırılan yeni model kənd təsərrüfatını iqtisadi inkişaf, sosial sabitlik və milli təhlükəsizlik amili kimi vahid sistem daxilində nəzərdən keçirir. Bu isə qarşıdakı illərdə aqrar sektorun ölkə iqtisadiyyatında rolunun daha da artacağını deməyə əsas verir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

