Azərbaycanda Aqrar Sahənin Müasir İnkişafı
01.06.2026 [13:20]
Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı mühüm sahələrdən biridir. Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının istiqamətlərini bir daha qarşıya mühüm vəzifə kimi qoydu. Bu sahə əhalinin ərzaq təminatında, məşğulluğun artırılmasında və qeyri-neft sektorunun inkişafında böyük rol oynayır. Ölkənin əlverişli iqlim şəraiti, münbit torpaqları və zəngin təbii ehtiyatları kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır. Kənd təsərrüfatı ölkənin ÜDM-nin təxminən 5–6%-ni, kənd əhalisinin məşğulluğunun isə 35%-dən çoxunu təmin edir.
Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verən əsas amillərdən biri ölkənin əlverişli coğrafi mövqeyidir. Azərbaycan 9 iqlim qurşağından 8-nə malik olduğu üçün burada 100-dən çox kənd təsərrüfatı məhsulu yetişdirmək mümkündür. Aran bölgələrində illik orta hesabla 1–1,5 milyon ton taxıl və pambıq istehsalı həyata keçirilir. Dağlıq və dağətəyi zonalarda isə heyvandarlıq məhsullarının 40%-dən çoxu formalaşır.
Azərbaycanda kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıqdır. Ölkədə ildə orta hesabla 3–3,5 milyon ton taxıl, 500–600 min ton kartof, 1,8–2 milyon ton tərəvəz istehsal olunur. Heyvandarlıqda isə ət istehsalı 300 min tondan, süd istehsalı isə 2 milyon tondan çoxdur.
Azərbaycan üçün vacib olan kənd təsərrüfatı məhsullarının istehsalı ölkə iqtisadiyyatında mühüm rol oynayır. Taxıl məhsulları daxili tələbatın təxminən 60–65%-ni ödəyir. Pambıqçılıq sahəsində son illərdə istehsal 100–150 min ton səviyyəsinə çatmışdır. Fındıq, nar, üzüm və pomidor kimi məhsulların ixracından ildə 600–800 milyon ABŞ dolları gəlir əldə olunur.
Müstəqillik illərində kənd təsərrüfatının inkişafı üçün bir sıra mühüm addımlar atılmışdır. 2007-ci ildən etibarən torpaq islahatları nəticəsində kənd təsərrüfatı torpaqlarının təxminən 1,9 milyon hektarı özəlləşdirilmişdir. Dövlət tərəfindən fermerlərə hər il yüz milyonlarla manat subsidiya və güzəştli kreditlər verilir. Təkcə son illərdə 10 mindən çox fermer güzəştli kreditlərdən yararlanmışdır.
Bununla yanaşı, kənd təsərrüfatında istifadə üçün minlərlə traktor, kombayn və digər texnika fermerlərin istifadəsinə verilmişdir. Suvarma sistemlərinin yenilənməsi nəticəsində 1000 km-dən çox kanal bərpa edilmiş, 50-dən artıq su anbarı və suqovşağı tikilmişdir.
Son illərdə ölkədə 40-dan çox aqropark yaradılmış, burada müasir texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq 20–30% artmışdır. Ağıllı kənd təsərrüfatı sistemləri və istixanalar sayəsində məhsul istehsalı ilboyu təmin edilir.
Son dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad olunması kənd təsərrüfatının inkişafına böyük imkanlar yaratmışdır. Bu ərazilərdə təxminən 1 milyon hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq mövcuddur. İlkin hesablamalara görə, bu regionların tam istifadəsi ölkənin kənd təsərrüfatı istehsalını 20–25% artırmaq potensialına malikdir.
Kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatına da mühüm təsir göstərir. Bu sahə 1 milyondan çox insanın məşğulluğunu təmin edir. İdxalın azalması nəticəsində ərzaq təhlükəsizliyi güclənir və hər il milyonlarla dollar valyuta qənaəti yaranır.
Kənd təsərrüfatının inkişafı sənaye və ticarət sahələrinin inkişafına da təsir göstərir. Ölkədə 500-dən çox kənd təsərrüfatı məhsullarının emalı müəssisəsi fəaliyyət göstərir.
Bununla yanaşı, kənd təsərrüfatında müəyyən problemlər də mövcuddur. Su ehtiyatlarının məhdudluğu, iqlim dəyişiklikləri və torpaq eroziyası məhsuldarlığa təsir göstərir. Lakin damcı suvarma sistemlərinin tətbiqi son illərdə 30–40% su qənaətinə imkan yaratmışdır.
Kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən biri hesab olunur. Dövlət dəstəyi, əlverişli təbii şərait, müasir texnologiyaların tətbiqi və Qarabağ–Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə qoşulması nəticəsində bu sahə davamlı inkişaf edir və ölkənin qeyri-neft iqtisadiyyatının güclənməsinə mühüm töhfə verir.
Müşavirədə səsləndirilən fikirlər və verilən tapşırıqlar göstərdi ki, ölkəmizdə dövlət aqrar siyasətinin inkişafı mühüm məsələ kimi qarşıda durur. Bu müşavirə Azərbaycanda kənd təsərrüfatının gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tural Sadıxov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

