Bu il yay fəsli necə keçəcək?
01.06.2026 [13:50]
Yay fəslinin başlanmasına sayılı günlər qalır. Havanın necə keçəcəyi, temperaturun hansı həddə yüksələcəyi və yağıntıların olub-olmayacağı isə hər il olduğu kimi bu il də ən çox maraq doğuran mövzulardandır. Mütəxəssislər bildirirlər ki, qarşıdakı yay aylarında temperaturun normadan bir qədər yüksək olması və bəzi günlərdə isti hava dalğalarının müşahidə edilməsi mümkündür.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyun ayı ilin ən uzun günləri ilə seçilir. Onun sözlərinə görə, bu bəzi ərazilərdə havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq. Yağıntıların miqdarı isə əsasən çoxillik iqlim normaları çərçivəsində gözlənilir.
Ekoloq Cavid Hüseynov da yay mövsümü ilə bağlı proqnozlarını bölüşüb. O qeyd edib ki, astronomik yay Azərbaycana iyunun 21-də saat 12:24-də daxil olacaq: "İyunun ilk yarısında may ayından qalan mülayim hava şəraiti və arabir müşahidə olunan lokal yağışlar davam etsə də, ümumilikdə yay aylarının, xüsusilə iyul və avqustun isti və quraq keçəcəyi gözlənilir".
Mütəxəssisin sözlərinə görə, son illərdə müşahidə olunan qlobal iqlim dəyişiklikləri fonunda temperaturun normadan bir qədər yüksək olması, bəzi günlərdə isə anomal istilərin və isti hava dalğalarının qeydə alınması istisna edilmir: "Ümumdünya Meteorologiya Təşkilatının proqnozları da yayın sərin və ya payız havasını xatırladacaq şəkildə keçəcəyini göstərmir. Əksinə, beynəlxalq proqnozlar bu yay növbəti temperatur anomaliyalarının və güclü isti dalğalarının baş verə biləcəyinə işarə edir. Paytaxt və Abşeron yarımadasında iyunun ilk həftəsinin əsasən günəşli və yağmursuz keçəcəyi gözlənilir. İyul və avqust aylarında isə yağıntıların kəskin azalacağı, havanın əsasən quru və tropik istilərlə müşayiət olunacağı proqnozlaşdırılır. Bölgələrdə isə yay boyu qısamüddətli, lokal xarakterli və şimşəklə müşayiət olunan leysan yağışlarının müşahidə ediləcəyi gözlənilir".
Beləliklə, ilkin proqnozlar bu ilin yayının əsasən isti və quraq keçəcəyini göstərir. Bununla belə, hava şəraiti ilə bağlı daha dəqiq məlumatlar mövsüm ərzində açıqlanacaq.
Havar Şəfiyeva
Yeniazerbaycan.com
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

