Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib
01.06.2026 [16:30]
Böyük Britaniya hökuməti Ruanda ilə bağlanmış və sonradan ləğv edilmiş sığınacaq sazişi ilə bağlı beynəlxalq arbitraj məhkəməsində qalib gəlib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, London hökuməti Ruandaya əlavə milyonlarla funt sterlinq ödəməli olmayacaq. Ruanda hökuməti Böyük Britaniyanı sazişin şərtlərini pozmaqda ittiham edərək, 100 milyon funt sterlinqdən çox kompensasiya tələb etmişdi.
Saziş əvvəlki Mühafizəkarlar Partiyası hökuməti tərəfindən imzalanmışdı və qanunsuz yollarla Böyük Britaniyaya daxil olan sığınacaq axtaran şəxslərin Ruandaya göndərilməsini nəzərdə tuturdu. Plana əsasən, onların müraciətləri Ruandada araşdırılmalı, qaçqın statusu alan şəxslər isə həmin ölkədə qalmalı idilər.
Böyük Britaniyanın vəkilləri Niderlandda keçirilən üçgünlük məhkəmə dinləmələri zamanı bildiriblər ki, hakimiyyətə Leyboristlər Partiyasının gəlməsindən sonra proqramın ləğv edilməsi tamamilə məntiqli addım olub. Onlar, həmçinin Londonun sazişin şərtlərini pozduğunu rədd ediblər. Haaqadakı Daimi Arbitraj Məhkəməsində Böyük Britaniya tərəfi bildirib ki, Ruandanın tələb etdiyi kompensasiyalar üçün heç bir hüquqi əsas yoxdur.
Ruandanın ədliyyə naziri və baş prokuroru Emmanuel Uqiraşebuja isə ölkəsinin tərəfdaşlığın həyata keçirilməsinə hazırlıq üçün əhəmiyyətli xərclər çəkdiyini, lakin Böyük Britaniyanın sonradan üzərinə götürdüyü hüquqi öhdəliklərdən imtina etdiyini deyib.
O, həmçinin bildirib ki, London hökuməti sazişin ləğvi barədə Ruandanı əvvəlcədən məlumatlandırmayıb və ölkə rəhbərliyi bu qərardan media vasitəsilə xəbər tutub. Ruanda planı ilk dəfə 2022-ci ildə həmin dövrdə Baş nazir olan Boris Conson tərəfindən elan edilmişdi. Daha sonra keçmiş Baş nazir Rişi Sunak proqramı La-Manş boğazını kiçik qayıqlarla qanunsuz keçməyə çalışan miqrantlar üçün çəkindirici vasitə kimi təqdim etmişdi. Lakin 2024-cü ildə hakimiyyətə gələn Baş nazir Kir Starmer proqramı dayandıraraq onu “Ölü və uğursuz layihə” adlandırmışdı.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

