/ / Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilmişdir
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilmişdir
02.06.2026 [15:00]
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilmişdir.
Bu barədə məlumat redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən verilmişdir.
Cari ilin 2 iyun tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüş zamanı ölkənin daxili siyasi həyatı və partiyaların fəaliyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.
Ölkədə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən misilsiz işlər, infrastruktur layihələri, habelə müxtəlif sahələrin inkişafı ilə bağlı dövlətin konkret təşəbbüsləri ətrafında müzakirələr aparılmışdır. Görüş çərçivəsində həmçinin informasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizədə fəal mövqeyin nümayişinin zəruriliyi də xüsusi olaraq vurğulanmışdır.
Eyni zamanda bildirilmişdir ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların qanunvericilik işində nümayiş etdirdiyi fəallıq təqdirəlayiqdir. Qeyd olunmuşdur ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoq ölkədə milli həmrəyliyin qorunması prosesində müstəsna əhəmiyyətə malikdir.
Partiya sədri vurğulamışdır ki, sağlam əməkdaşlığın nəticəsində fəal siyasi instituta çevrilən siyasi partiyaların ictimai müzakirələrdə iştirakı ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesinə də müsbət təsir edir.
Razi Nurullayev rəhbərlik etdiyi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək qeyd etmişdir ki, bundan sonra da dialoq ənənələrə sadiq qalacaq və milli maraqlara xidmət edən bütün təşəbbüslərə dəstək göstərəcəkdir.
Prezident Administrasiyasının rəsmisi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələrin, Partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesində müsbət qarşılandığını bildirmiş və Partiyanın işinə uğurlar arzulamışdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

