Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb

Küləkli havada baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb

27.07.2026 [18:11]

Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 1961-ci il təvəllüdlü qadın və 1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunublar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Digər psiyentə sol pəncənin 3-cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara birincili işlənib və aseptic sarğı qoyulub.

Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

“Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31