Enerji təhlükəsizliyi müasir dünyanın strategiyasıdır
04.06.2026 [19:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı edib. Çıxış zamanı Prezident qeyd etdi ki,enerji təhlükəsizliyi məsələsi müasir beynəlxalq münasibətlər sistemində ən mühüm məsələlərdəndir. Enerji təhlükəsizliyi artıq yalnız iqtisadi problem deyil, eyni zamanda milli təhlükəsizlik, siyasi sabitlik və beynəlxalq sistemin əsas sütunlarından biridir. Dünyada və enerji bazarındakı dəyişikliklər və artan enerji tələbatı təhlükəsizlik məsələlərini daha da aktual edir.
Dövlət başçısının çıxışında Azərbaycanın beynəlxalq enerji bazarında səlahiyyətli kimi mühüm mövqe qazandığını diqqətə çatdırdı. Dövlət başçısı bildirilmişdir ki, dövlətin uzun illər ərzində yürütdüyü uğurlu enerji siyasəti ölkəmizi əsas enerji mərkəzlərindən birinə çevirmişdir. Xüsusilə qaz layihələrinin həyata keçirilməsi, yeni ixrac marşrutlarının yaradılması və enerji təchizatının artırılması Azərbaycanın dünya bazarındakı rolunu daha da artırdı. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan enerji layihələrinin icrasının hər bir zaman kəsiyində, uzunmüddətli əməkdaşlıq prinsiplərinə sadiq qalmışdır.
Çıxış zamanı Prezident enerji təhlükəsizliyinin yalnız enerji mənbələrinin mövcudluğu ilə deyil, həm də onların təhlükəsizliyi, dayanıqlı şəkildə dünya bazarına çatdırılması ilə bağlı olduğu bildirmişdir. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji ilə təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır. Bu layihələr həm region arasında əlaqələr gücləndirir, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Prezident İlham Əliyev müasir iqtisadi siyasətin təhlükəsizliyinə də toxunmuşdur. Bildirmişdir ki, dünyada iqlim dəyişiklikləri, ekoloji inkişaf və karbon emissiyalarının azaldılması məsələləri alternativ enerji mənbələrinin inkişafına təsir edir. Azərbaycan da bu qlobal çağırışlara uyğun olaraq yaşıl enerji strategiyasını inkişaf etdirir. Ölkəmizdə günəş və külək enerjisi sahəsində iri layihələrin həyata keçirilməsi, xarici investorların cəlbi və “yaşıl enerji zonaları”nın yaradılması bu görülən işlərinin mühüm hissəsidir. Prezident qeyd edib ki, Azərbaycanın yalnız güclü enerji resurslarının ixracı ilə əlaqədar olmaq deyil, eyni gələcək enerji bazarında da güclü mövqe tutur.
Çıxışda enerjidə rəqəmsallaşma və texnologiyanın sektora təsir məsələlərinə də diqqət ayrılıb. Müasir inkişaf, enerji infrastrukturlarının təhlükəsizliyi, kibertəhlükəsizlik və innovativ texnologiyanın tətbiqi enerji siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikasında müasir texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Müasir texnologiyaların tətbiqi enerji sistemlərini daha dayanıqlı və səmərəli fəaliyyət göstərməyə imkan yaradır.
Dövlət başçısı çıxışının sonunda vurğuladı ki, enerji təhlükəsizliyi beynəlxalq iqtisadi etimad və siyasi sabitlik olmadan mümkün deyil. Azərbaycan bundan sonra da etibarlı tərəfdaş kimi dünya enerji bazarında öz yerini qoruyacaq. Dövlətimizin enerji siyasəti yalnız ölkəmizin iqtisadi inkişafına təsir etmir, eyni zamanda regionda sabitliyin qorunub saxlanılmasına, qarşıdurmaların qarşısının alınmasına və regionun davamlı inkişafının gücləndirilməsinə xidmət edir.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04

