Azərbaycanın enerji strategiyasının tarixi təkamülü
05.06.2026 [15:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il iyunun 1-də regionun ən mühüm regional tədbirlərindən biri hesab olunan Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində geniş və proqram xarakterli nitqlə çıxış etmişdir. Dövlət başçısı öz çıxışında ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu, mövcud nailiyyətləri və gələcək hədəfləri diqqətə çatdırmışdır. Bu çıxış həm də Azərbaycanın zəngin enerji tarixinin və gələcəyə yönəlmiş yaşıl enerji strategiyasının dərin təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın etibarlı tərəfdaş imicini bir daha təsdiqləyərək ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli layihələrin bu gün Avropanın enerji xəritəsini formalaşdıran əsas amillərdən biri olduğunu vurğulamışdır.
Azərbaycanın müasir enerji inkişafının təməli isə uzaq deyil, məhz 1994-cü ildə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin iqtisadi müstəqilliyinin və qlobal enerji sisteminə inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevrildi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, xarici şirkətlərin Azərbaycana investisiya yatırması ölkəmizə olan böyük inamın göstəricisi idi. Bu müqavilə ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azi-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsinə başlanıldı və bu addım ölkənin gələcək maliyyə imkanlarının formalaşmasında xüsusi rol oynadı. 1994-cü il Azərbaycanın təkcə neft hasil edən ölkə kimi deyil, həm də beynəlxalq miqyasda mühüm siyasi və iqtisadi aktora çevrilməsinin başlanğıcı oldu.
1994-cü ildə başlanmış bu uğurlu strategiya sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirildi və şaxələndirildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin, ardınca isə "Şahdəniz" qaz yatağının istismara verilməsi və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycanı həm də mühüm qaz ixracatçısına çevirdi. Bu inkişafın ən zirvə nöqtəsi isə Cənub Qaz Dəhlizinin icrası oldu. Azərbaycan neft-qaz resurslarını birbaşa Avropa bazarlarına çıxarmaqla qitənin enerji təhlükəsizliyinin təminatında strateji tərəfdaş mövqeyini möhkəmləndirdi. Bakı Enerji Həftəsində qeyd olunduğu kimi, bu layihələr regionda təhlükəsizliyə, əməkdaşlığa və iqtisadi tərəqqiyə xidmət edir.
Müasir dövrdə isə Azərbaycan öz enerji inkişafının tamamilə yeni və mütərəqqi mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev öz çıxışında xüsusilə vurğulamışdır ki, 1994-cü ildə neftlə başlayan, daha sonra təbii qazla davam edən enerji missiyamız bu gün yaşıl enerji və bərpaolunan enerji mənbələrinin inkişafı ilə yeni müstəviyə keçir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, həmçinin Naxçıvanın "yaşıl enerji zonası" elan edilməsi, Xəzər dənizinin nəhəng külək enerjisi potensialı Azərbaycanın gələcək vizyonunu əks etdirir. Ölkəmiz artıq yaxın gələcəkdə Avropaya təkcə ənənəvi qaz deyil, həm də ekoloji cəhətdən təmiz elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bakı Enerji Həftəsi çərçivəsində səsləndirilən bu hədəflər Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizəyə və dayanıqlı inkişafa verdiyi töhfənin bariz nümunəsidir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

