Goranboyda "Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib
09.06.2026 [17:14]
Goranboyda "15 İyun – Milli Qurtuluş Günü" münasibətilə "Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunaraq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. İştirakçılar Ümummilli Liderin zəngin dövlətçilik irsini əks etdirən kitab və rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və “Milli Qurtuluşdan Zəfərə gedən yol” adlı videoçarx nümayiş olunub.
Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət quruculuğu prosesi sürətlənib, sosial-iqtisadi inkişaf üçün möhkəm zəmin yaradılıb və Azərbaycanın tarixi Zəfərinə aparan yolun əsasları formalaşıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olmasına, dövlət quruculuğu prosesinin sürətlənməsinə və Azərbaycanın gələcək uğurlarının əsasının qoyulmasına imkan yaradıb. S.Qocayev vurğulayıb ki, bu gün Ümummilli Liderin siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hərtərəfli inkişaf yolunda yeni nailiyyətlər qazanır.
Daha sonra çıxış edən şəhid Orxan Namazovun anası Nailə Məmmədova, Qərbi Azərbaycan İcmasının Goranboy rayonu üzrə nümayəndəsi Ürfət Həsənov və tarixçi, fəlsəfə elmləri doktoru Gündüz Hacıyev qeyd ediblər ki, Milli Qurtuluşdan başlanan inkişaf yolu xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin möhkəmlənməsinin əsasını təşkil edib. Natiqlər vurğulayıblar ki, Azərbaycan bu gün yeni inkişaf mərhələsində inamla irəliləyərək regionun aparıcı dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndirir.
Tədbirin sonunda yubiley yaşları münasibətilə rayonun və YAP-nın ictimai-siyasi həyatında fəallığı ilə seçilən ziyalılara Goranboy Rayon İcra Hakimiyyəti başçısının və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

