/ / Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır
12.06.2026 [09:30]
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan - Ümummilli Liderimiz Heydər Əliyevdir.
Ulu Öndərin müstəqil, balanslı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının ümidlərini artırırdı. Yalnız dahi rəhbər Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan xalqı bu mürəkkəb geosiyasi şəraitdə böyük siyasi xadimin hakimiyyətə gəlməsini qətiyyətlə tələb edərək öz tarixi seçimini etdi. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra hər şeydən öncə ölkədə əmin-amanlığın inkişafı üçün geniş imkanlar yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, özbaşınalığa səbəb olan bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Dövlət rəhbərliyinin böyük zəhməti hesabına yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ən başlıcası isə odur ki, Ulu Öndərin siyasi təcrübəsi suverenliyimizin qorunub saxlanılmasında, müstəqil dövlət təsisatlarının yaranmasında və dövlət quruculuğu prosesində böyük rol oynadı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum, yəni, ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bir sözlə, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Müstəqil dövlətimizin keçdiyi inkişaf yolu göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü - 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazıldı. Ulu öndər Heydər Əliyevin müdrikliyi, böyük siyasi təcrübəsi sayəsində Azərbaycan dövləti məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən, xalqımız vətəndaş müharibəsindən, yenidən hansısa xarici qüvvələrin təsiri altına düşməkdən xilas edildi. Ölkəmizin tarixi inkişafı tamamilə yeni, işıqlı və perspektivli gələcəyə istiqamətləndi.
Ulu Öndər Heydər Əliyevin xalqın maraqlarını özündə əks etdirən uzaqgörən siyasəti ölkəmizin həm daxili, həm də xarici siyasətinin dəqiq konturlarını müəyyənləşdirdi, ilk parlament seçkiləri keçirildi, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1994-cü ilin mayında Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Qarabağda döyüş bölgəsində axan qanı dayandırmağa imkan verən atəşkəs rejiminin tətbiqi haqqında saziş imzalandı.
İftixarla qeyd etmək olar ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutaraq taleyinin ən qüdrətli dövrünü yaşayır və bütün uğurlarımız Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şübhəsiz ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir.
Azərbaycan öz iqtisadiyyatının gücü və qüdrəti hesabına “Böyük Qayıdış” proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramının uğurla icra olunması İşğaldan azad olmuş ərazilərimizi təkrarən cənnətə çevirir və biz bu prosesin canlı şahidləriyik.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

