Milli Qurtuluş Günü: Azərbaycanın xilasından yüksəlişinə gedən yol
12.06.2026 [09:40]
Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Bu tarix xalqımızın dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkədə siyasi sabitliyin bərqərar olması və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından taleyüklü əhəmiyyətə malikdir. Milli Qurtuluş Günü Azərbaycan xalqının ağır sınaqlardan keçərək öz gələcəyini müəyyən etdiyi, dövlətçiliyini xilas etdiyi və inkişaf yoluna qədəm qoyduğu gün kimi qeyd olunur.
Müstəqilliyin ilk illərində Azərbaycan ciddi problemlərlə üzləşmişdi. Ölkədə siyasi qarşıdurmalar dərinləşir, idarəetmə sistemi iflic vəziyyətinə düşür, iqtisadi böhran hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, daxildə isə separatçılıq meyilləri güclənirdi. 1993-cü ilin iyununda yaranmış gərgin vəziyyət Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
Belə bir dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Ulu Öndər Heydər Əliyev üzərinə böyük məsuliyyət götürdü. Onun 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Ümummilli liderin qətiyyətli addımları nəticəsində ölkədə sabitlik təmin edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı və dövlət idarəçiliyində nizam-intizam bərpa olundu.
Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini yalnız böhrandan çıxışda deyil, güclü dövlət quruculuğunda görürdü. Məhz onun rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və ordu quruculuğunun güclənməsinə geniş imkanlar yaratdı. Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və regionun aparıcı dövlətinə çevrilməsi həmin dövrdə müəyyənləşdirilən strateji kursun nəticəsi idi.
Ümummilli Lider tərəfindən əsası qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, iqtisadi və hərbi gücün artması Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edib. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib, milli maraqlarını təmin edən müstəqil siyasət yürüdüb.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Milli Qurtuluş ideyalarının ən parlaq təntənəsi oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və xalqımızın otuzillik həsrətinə son qoydu. Bu Zəfər göstərdi ki, 1993-cü ildə xilas edilmiş Azərbaycan dövləti sonrakı illərdə güclənərək öz tarixi ədalətini bərpa etməyə qadir olub.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, yeni şəhər və kəndlərin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Qurtuluşun bəhrələrinin ən aydın təzahürüdür. Azərbaycanın müasir inkişafı, artan nüfuzu və əldə etdiyi uğurlar bir daha təsdiqləyir ki, Milli Qurtuluş Günü xalqımızın taleyində yeni dövrün başlanğıcı olub.
15 İyun təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inam günüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını minnətdarlıqla xatırlayır, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlarla qürur duyur və daha güclü Azərbaycanın qurulması yolunda inamla addımlayır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

