Göyçayda “Qurtuluşdan Zəfərə” adlı toplantı keçirilib
12.06.2026 [14:02]
Göyçayda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 iyun - “Milli Qurtuluş Günü” münasibətilə rayon təşkilatının inzibati binasında “Qurtuluşdan Zəfərə” adlı toplantı keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsini anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, 1993- cü ildə Azərbaycan mürəkkəb və çətin bir dövr yaşayırdı. Ölkədə siyasi qarşıdurma, xaos və parçalanma təhlükəsi hökm sürürdü. Müharibədə əldə olunan uğursuzluqlar, öz başına yaradılmış silahlı birləşmələr, yenicə qazanılmış müstəqilliyimizin itirilməsi təhlükəsilə üz-üzə qalmışdı. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükələrdən xilas etdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoydu. S.Şükürov qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun olaraq uğurla, çox müəkəmməl şəkildə davam etdirir. Ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq nüfuzu artmış, güclü və qalib dövlətə çevrilmiş Azərbaycan Milli Qurtuluş ideyalarının təntənəsini yaşayır.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. O vurğulayıb ki, bu şanlı tarixin memarı Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmləndirilməsində və gələcəyinin qurulmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyevdir.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.Vurğulanıb ki, ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25

