İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasında...
24.06.2026 [11:57]
Təşkilatın komitələrinin iclasında nələr müzakirə olunub?
Bakıda Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası öz işini davam etdirir. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılır. Tədbirdə, təxminən 400 nəfər iştirak edir.
İyunun 23-də sessiya işini daimi komitələrin iclasları ilə davam etdirib.
Siyasi Məsələlər və Xarici Əlaqələr üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclasında Azərbaycan parlamentariləri - Milli Məclisin komitə sədri Səməd Seyidov, deputatlar Ceyhun Məmmədov və Zaur Şükürov iştirak ediblər. İclasa İƏTPİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov sədrlik edib. O, çıxışında Azərbaycanın müsəlman dünyasındakı proseslərə böyük diqqətlə yanaşdığını, İslam ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərdiyini vurğulayıb. İclasın moderatoru gündəliyi təqdim edərək, məsələlərə münasibət bildirib.
Gündəliyə əsasən, iclasda Fələstin üzrə Daimi Komitənin 14-cü iclasının, Müsəlman İcmaları və Azlıqları Komitəsinin 5-ci iclasının hesabatına və qətnamələrinə baxılıb, digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Təşkilatın İqtisadi Məsələlər və Ətraf Mühit üzrə İxtisaslaşmış Daimi Komitəsinin 12-ci iclasında isə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Tahir Mirkişili və Fatma Yıldırım iştirak ediblər.
İclasa deputat Tahir Mirkişili sədrlik edib. O, gündəliyin məsələlərinə münasibət bildirərək, İƏT ölkələri arasında ticarətin təşviqi, elm və texnologiya sahəsində əməkdaşlıq, habelə startap layihələrinin dəstəklənməsi ilə bağlı fikirlərini bölüşüb.
İclasda çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbir iştirakçılarına Azərbaycanda iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə sahəsində görülən işlər barədə məlumat verib.
Tədbirdə İƏT ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, iqtisadi institutların dəstəklənməsi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf, iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində əməkdaşlığın təşviqi kimi məsələlər müzakirə edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin məruzəçisi təyin olunub.
İclasda Azərbaycan və Türkiyənin düzəlişləri də nəzərə alınmaqla müzakirəyə çıxarılmış bir sıra qətnamələr qəbul edilib.
Bundan əlavə, Hüquqi və Mədəni Məsələlər, Sivilizasiyalar və Dinlər Dialoqu üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclasında Milli Məclisin deputatları - Cavanşir Paşazadə, Fazil Mustafa və Kamal Cəfərov iştirak ediblər. İclasa Milli Məclisin deputatı Kamal Cəfərov sədrlik edib. O, gündəliyi təqdim edərək, məsələlərə münasibət bildirib.
Komitədə İslam mədəni irsinin və dini təsisatların mühafizəsi, islamofobiya ilə mübarizə, sivilizasiyalararası dialoqun genişləndirilməsi və digər məsələlər müzakirə olunub. Komitə üzvləri bu məsələlər üzrə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar, İslam dünyasının ortaq maraqlarının müdafiəsi və mədəni-dini dəyərlərin qorunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Ötən gün həmçinin, İnsan Hüquqları, Qadın və Ailə üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclasında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvləri - Tənzilə Rüstəmxanlı və Nigar Məmmədova iştirak ediblər.
İclas Milli Məclisin deputatı Nigar Məmmədovanın sədrliyi ilə baş tutub. O, çıxışında qeyd edib ki, insan hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların müdafiəsi sahəsində beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Komitədə İƏT üzvü olan dövlətlərin parlamentləri arasında insan hüquqları məsələləri üzrə beynəlxalq və regional platformalarda fəaliyyətin əlaqələndirilməsi, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən qərar qəbuletmədə iştirakının artırılması, İslam dünyasında gənclərin təşəbbüslərinin dəstəklənməsi, uşaqların müdafiəsi və digər məsələlər müzakirə olunub, müvafiq qətnamələr qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28

