/ / Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni mərhələsi və regionun gələcək inkişafının təminatı
Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni mərhələsi və regionun gələcək inkişafının təminatı
12.06.2026 [15:17]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrün ən mühüm siyasi sənədlərindən biri kimi iki qardaş dövlət arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan bu sənəd tarixi ədalətin bərpasının, Zəfərin və sarsılmaz qardaşlığın rəmzinə çevrildi.
Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının siyasi və hüquqi müstəvidə davamı kimi qiymətləndirilir. Bu sənəd yalnız iki dövlət arasındakı münasibətləri deyil, bütövlükdə Türk dünyasının həmrəyliyini və regional əməkdaşlığın yeni modelini özündə ehtiva edir.
Bəyannamədə siyasi dialoq, xarici siyasətin koordinasiyası, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, müdafiə sənayesi, hərbi əməkdaşlıq, elm, təhsil, mədəniyyət və humanitar sahələr üzrə geniş əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu, Azərbaycan və Türkiyə münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsini aşaraq tamhüquqlu müttəfiqlik mərhələsinə qədəm qoyduğunu göstərir.
Sənədin ən mühüm istiqamətlərindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Qarşılıqlı dəstək və birgə fəaliyyət prinsiplərinə əsaslanan bu müddəalar regionda sabitliyin qorunmasına, yeni təhlükələrə qarşı birgə mübarizəyə və hər iki dövlətin müdafiə potensialının artırılmasına xidmət edir. İkinci Qarabağ müharibəsində formalaşmış strateji əməkdaşlıq modeli Şuşa Bəyannaməsi ilə hüquqi müstəvidə daha da möhkəmləndirilib.
Bəyannamə eyni zamanda iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Qarşılıqlı investisiyaların artırılması, Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər iri infrastruktur təşəbbüsləri Azərbaycan və Türkiyənin Avropa ilə Asiya arasında mühüm logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir. Bu layihələr region ölkələrinin iqtisadi inteqrasiyasına və beynəlxalq ticarətin genişlənməsinə əhəmiyyətli töhfə verir.
Şuşa Bəyannaməsi beynəlxalq münasibətlər sistemində də xüsusi əhəmiyyətə malikdir. Sənəd Azərbaycan və Türkiyənin müstəqil xarici siyasət kursunu, milli maraqların müdafiəsində birgə fəaliyyətini və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı əməkdaşlığını daha da gücləndirir. Bununla yanaşı, diaspor və media sahəsində əməkdaşlığın genişləndirilməsi, vahid informasiya məkanının formalaşdırılması istiqamətində də mühüm müddəalar öz əksini tapıb.
Son illər Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin ildönümlərinə həsr olunan beynəlxalq konfransların keçirilməsi sənədin siyasi və elmi müstəvidə öyrənilməsinə, həmçinin Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılmasına mühüm töhfə verir. Müxtəlif mövzularda keçirilən bu tədbirlər yeni dünya nizamı, Türk Dövlətləri Təşkilatının perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün vacib platformaya çevrilib.
Bu gün Şuşa Bəyannaməsi yalnız iki dövlət arasındakı münasibətlərin hüquqi bazası deyil, həm də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsinə xidmət edən strateji yol xəritəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan-Türkiyə qardaşlığı daha da möhkəmlənir, "Bir millət, iki dövlət" prinsipi yeni geosiyasi reallıqlar fonunda daha güclü məzmun qazanır.
Şuşada imzalanmış bu tarixi sənəd gələcək nəsillər üçün möhkəm siyasi iradənin, milli həmrəyliyin və türk dünyasının birliyinin simvolu olaraq öz əhəmiyyətini qoruyacaq, regionun inkişafına və xalqlarımızın rifahına uzun illər xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

