Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

16.06.2026 [21:19]

Qazaxıstan-Rusiya sərhədindəki Jaysan-Saqarçin buraxılış məntəqəsində 600-dən çox yük maşını tıxacda qalıb. Onların əksəriyyəti tez xarab olan meyvə-tərəvəz məhsulları daşıyır.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yük maşınlarının sərhədi keçmə vaxtı 24 saatı keçir. Aktübinsk vilayəti Sahibkarlar Palatasının məlumatına görə, buraxılış məntəqəsinin yaxınlığında 360, Sarjansay kəndində isə 250 yük maşını var.

Nəqliyyat vasitələrinin yarıdan çoxu Özbəkistandan Rusiyaya meyvə-tərəvəz məhsulları, o cümlədən qarpız və gilas daşıyır.

Yükdaşıyanların sözlərinə görə, gözləmə müddəti Saqarçin buraxılış məntəqəsində ötürmə qabiliyyətinin məhdudlaşması ilə bağlıdır. Belə ki, nəqliyyat vasitələrinin qəbulu cəmi bir hərəkət zolağı vasitəsilə həyata keçirilir, həmçinin minik avtomobillərinə və sərnişin nəqliyyatına daha ox üstünlük verilir.

Bu ərəfədə bildirilib ki, Pavlodar vilayətindəki “Kosak” buraxılış məntəqəsində də yük maşınlarının tıxacda qalması müşahidə olunur.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30