Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

30.06.2026 [12:01]

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəllədə bəzi dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin iyunun 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar.

Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31