Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
30.06.2026 [15:17]
İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
AZƏRTAC xəbər verir ki, avqustun 3-dək davam edəcək festivalda beynəlxalq miqyasda tanınmış ifaçılar, musiqi kollektivləri Qəbələdə bir araya gələcək.
Azərbaycanla yanaşı musiqi bayramında Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan və Vyetnamdan olan musiqiçilər və rəqqaslar iştirak edəcək.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı iyulun 29-da Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutacaq. Musiqi gecəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Festivalın növbəti günü tamaşaçılar Vyetnamdan gələn “Bronze drum” Ansamblının, Özbəkistandan “Bek” Doyraçılar Ansamblının ifalarını dinləyəcək, Özbəkistanın “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışlarını izləyəcəklər.
İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Elə həmin gün festivalda sevilən muğam ifaçıları, həmçinin muğam müsabiqəsinin laureatlarının iştirakı ilə muğam axşamı təşkil ediləcək.
Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner “Kamera musiqi axşamı”nda çıxış edəcək. Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə “Scorrendo” Orkestri Azərbaycan və xarici filmlər – “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Matrisa”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digərlərindən dillər əzbəri olan musiqiləri ifa edəcək.
Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Həmin gün tamaşaçılar qarşısında Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və “Millenium” etno-estrada qrupu da çıxış edəcək. Daha sonra Qazaxıstandan olan sənətkarların təqdimatında Luvr kolleksiyasına daxil olan qədim Şirvan xalçasından ilhamlanaraq ərsəyə gələn “İki xalça” baleti nümayiş etdiriləcək. Layihənin ideya müəllifi, libretto müəllifi Valeri Kopeykindir.
Beynəlxalq Musiqi Festivalı avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq. Gecəni Xalq artistləri Azər Zeynalov (tenor), Dinarə Əliyeva (soprano), Elçin Əzizov (bariton), Samir Cəfərov (tenor), Əməkdar artistlər Elnarə Məmmədova (lirik-koloratur soprano), Sahib Paşazadə (tar) və beynəlxalq müsabiqələr laureatlarının ifaları bəzəyəcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.
Ənənəyə uyğun olaraq yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri bu il də parlaq ifalar vəd edir.
Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

