Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada milyonçuların sayı artıb

Fransada milyonçuların sayı artıb

01.07.2026 [20:17]

İsveçrənin “UBS” bankının son hesabatına görə, Fransada milyonçuların sayı son bir ildə təxminən 35 min nəfər artaraq 2,3 milyonu keçib. Bu artımın əsasən maliyyə bazarlarındakı yüksəliş hesabına baş verdiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, Fransa milyonçuların sayına görə Avropada ilk sıralarda yer alsa da, Litva, Latviya və Macarıstan kimi bəzi Şərqi Avropa ölkələrində artım tempi daha yüksək olub. Hazırda Fransada milyonçuların sayı Böyük Britaniyadakı göstəriciyə yaxın, Almaniya və Yaponiyadan bir qədər az, Çindən isə təxminən iki dəfə aşağıdır. ABŞ isə bu sahədə böyük fərqlə öz liderliyini qoruyur. Ölkədə 23 milyondan çox milyonçu yaşayır ki, bu da dünya üzrə milyonçuların təxminən 40 faizini təşkil edir.

“UBS”in məlumatına görə, 2025-ci ildə dünyada orta hesabla hər 30 saniyədə bir yeni milyonçu meydana gəlib.

Hesabatda vurğulanır ki, sərvətin artımında daşınmaz əmlakla yanaşı, xüsusilə süni intellekt, texnologiya və müdafiə sənayesi ilə əlaqəli səhmlərin bahalaşması mühüm rol oynayıb.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31