Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyanın müdafiə naziri fövqəladə vəziyyətlər üçün su və qida ehtiyatı toplayıb

Almaniyanın müdafiə naziri fövqəladə vəziyyətlər üçün su və qida ehtiyatı toplayıb

02.07.2026 [21:09]

Almaniyanın müdafiə naziri Boris Pistorius fövqəladə hallar üçün evində ərzaq və su ehtiyatı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, nazir bunu “Der Spiegel” nəşrinin müxbirinin onun potensial müharibəyə hazırlığı ilə bağlı sualını cavablandırarkən deyib.

“Həyat yoldaşımla bir neçə gün yaşaya biləcək qədər ərzaq ehtiyatımız var. İlk növbədə kifayət qədər su ehtiyatı toplamışıq”, - deyə Boris Pistorius vurğulayıb.

Qeyd edək ki, son illər Almaniyanın hakimiyyət orqanları vətəndaşları mümkün silahlı münaqişəyə hazırlamaq üçün addımlar atmağa başlayıb. Mülki Müdafiə İdarəsi isə öz növbəsində əvvəllər müharibə üçün tövsiyə olunan tədbirləri özündə əks etdirən broşürlər dərc edib.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31