Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pan-Avropa enerji təchizatçısı

Pan-Avropa enerji təchizatçısı

04.07.2026 [10:31]

Azərbaycan Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən ölkələrdən biridir

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatında Azərbaycanın dünya ölkələrinin enerji təchizatındakı roluna toxunaraq ölkəmizin Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirdiyini diqqətə çatdırdı. “Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq. Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir” deyə vurğulayan xanım Ursula Fon der Lyayen enerji tərəfdaşlığının növbəti səhifəsinin hazırlandığına diqqət çəkdi.  Yeni əməkdaşlıq gündəliyi qaz hasilatı imkanlarını artırmaqla yanaşı, Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarının reallaşmasını nəzərdə tutur. Aİ bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün nəhəng potensialı gördüyün etiraf edir.

Qaz ixrac olunan 14 ölkədən 10-u Avropa dövlətidir

Azərbaycan öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşaraq ona uzanan ümidləri yaxın dost kimi müsbət həll edir. Ötən 20 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kub.metr, 2022-ci ildə 11 milyard kub.metrdən çox qaz ixrac edib. 2023-cü ildə isə yanacaq nəqli 12 milyard k.metr, 2024-cü ildə 25,2 milyard kubmetr, 2026-cı ildə isə 26 milyard kubmetrə yaxın qaz ixrac edib ki, onun yarısı Avropa dövlətlərinin payına düşür.

Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırıb. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətin gözəl nümunəsidir. 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsi başlayıb, əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb.
Bu gün Azərbaycan 14 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamısdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.

Nəql coğrafiyası genişlənəcək

Mövcud proqnozlara görə, 2027-ci ildə ölkəmzin Avropa regionuna ixracı 15 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, ölkəmizin Avropaya qaz nəqli tədricən artaraq 20 mlrd. kub.metrədək yüksələcək. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Növbəti illərdə Moldova, Avstriya, Moldovanın da qaz əldə etməsi planlaşdırılır.

Azərbaycanın qaz istehsalı həcmlərinin artması və yanacağa olan tələbatın yüksəlməsi Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsini labüd edir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.

“Şahdəniz”dən sonra “Abşeron” dövrü başlayır

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kub.metr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2024-cü ildə bu yataqdan 1,5 milyard kub.metrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kub.metr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kub.metrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvək açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib.

Yüksəksəviyyəli Bağlantı Dialoqu formatı qurulur

Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Ölkəmizin strateji əhəmiyyəti daha da artmaqda davam edir və xanım Lyayenin etiraf etdiyi kimi Azərbaycan yeni inteqrasiya proseslərində bölgədə əsas rol oynaya bilər. Burada enerji ilə yanaşı, regional daşımalar, nəqliyyat bloklarının diversifikasiyası da mühüm yer tutur.  Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri təmin edir. Bu isə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaradıb. Aİ “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda, o cümlədən Azərbaycana nəqliyyat, enerji və rəqəmsal keçid layihələrində yeni sərmayə yatırımlarını planlaşdırır.  Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Nəticədə Avropa İttifaqı  və Azərbaycan arasında əhəmiyyətli olan enerji-nəqliyyat-iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üçün münbit imkanlar formalaşmış olur.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31