Milli maraqlar naminə qətiyyətli siyasət
15.07.2026 [10:44]
Dünyada baş verən geosiyasi proseslər qütbləşməyə xidmət edir. Belə bir beynəlxalq münasibətlər sistemində çox çətin olmasına baxmayaraq, Azərbaycan əməkdaşlıq və tərəfdaşlıq siyasətinə böyük önəm verir. Həmçinin sülh və təhlükəsizliyi təbliğ edən nadir ölkələrdən biri məhz Azərbaycandır. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, dostluq əlaqələrinin genişləndirilməsi kimi məsələlər ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu baxımdan müstəsna əhəmiyyətə malikdir. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev enerji və nəqliyyat layihələri haqqında geniş məlumat verdi. Azərbaycanın gələcək hədəflərini açıqlayan ölkə başçısı qarşıya çıxan çətinliklərə də diqqət çəkdi və qətiyyətlə, əzmlə görülən işləri diqqətə çatdırdı. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq qəbul edilir. Baxmayaraq ki, ölkəmizə qarşı hər zaman ikili standartlardan yanaşmalar olub və bu hal bu gün də mövcuddur. Lakin həyata keçirilən düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu cür neqativ hallar, belə demək mümkündürsə, zərərsizləşdirilmiş, heç bir təsir gücünə malik olmamışdır. Ölkəmizin dünyanın ən böyük dövlətləri ilə çox yaxşı münasibətləri mövcuddur. Hətta bir-birinə qarşı olan böyük dövlətlərlə belə Azərbaycanın ikitərəfli yüksək səviyyəli əlaqələri vardır. Bu isə özlüyündə Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsini sübut edir. Ölkəmiz enerji və nəqliyyat layihələrinin yalnız iştirakçısı deyil, eyni zamanda təşəbbüskarı kimi çıxış edir. Yeni çağırışlara adekvat cavab verən Azərbaycan bəzən bu məsələlərdə bir sıra inkişaf etmiş ölkələri belə qabaqlayır. “Yaşıl enerji” mənbələrindən istifadə və bu sahədə müasir texnologiyaların tətbiqi, alternativ nəqliyyat dəhlizlərinin yaradılması kimi təşəbbüslər deyilənlərə bariz nümunədir.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla sübut etdi ki, Azərbaycan üçün milli maraqlar hər bir məsələdən öndədir. Ölkəmizə qarşı olan qurum və şəxslərə əsaslı etirazın bildirilməsi, tutarlı faktlarla deşifrə edilməsi deyilənləri bir daha təsdiq edir. Azərbaycan bu gün dünyada artıq “orta güc” olaraq qəbul edilir. Heç şübhəsiz ki, burada əsas faktorlardan biri lider amilidir. Prezident İlham Əliyevin diplomatik məharəti, geosiyasi proseslər zamanı yaranan vəziyyəti idarəetmə qabiliyyəti Azərbaycanın “orta güc” kimi formalaşmasını təmin edir.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

