Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə müqaviləsini təsdiqləyib

Media: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə müqaviləsini təsdiqləyib

22.07.2026 [22:59]

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi texnologiyalarının birgə istifadəsinə dair sazişi təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumatlı iki mənbəyə istinadla bildirib.

Məlumata görə, 30 il müddətinə nəzərdə tutulan saziş Amerika şirkətlərinin proqramın həyata keçirilməsində iştirakını da əhatə edir. Razılaşmanın ABŞ və Səudiyyə Ərəbistanının birgə tədqiqatlarından sonra krallıqda uranın zənginləşdirilməsi müəssisəsinin yaradılmasına imkan verəcəyi bildirilir.

Agentliyin mənbələrinin sözlərinə görə, sənəddə nüvə materiallarının hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq üçün Vaşinqtonun əvvəllər vacib saydığı təhlükəsizlik təminatları yer almayıb.

Ağ Ev isə hələlik belə bir sazişin təsdiqlənməsi ilə bağlı rəsmi açıqlama verməyib.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31