Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kanada və ABŞ tarif danışıqlarını intensivləşdirəcək

Kanada və ABŞ tarif danışıqlarını intensivləşdirəcək

22.07.2026 [17:25]

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra iki ölkə arasında tariflərlə bağlı danışıqların sürətləndiriləcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Karni bildirib ki, tərəflər qarşıdakı həftələrdə danışıqları intensivləşdirmək barədə razılığa gəliblər. O, Kanada hökumətinin bu istiqamətdə fəaliyyətə dərhal başlayacağını qeyd edib, lakin ABŞ-nin tətbiq etdiyi tariflərə mümkün cavab tədbirləri barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Kanada idxalının geniş çeşidinə əlavə 50 faiz tarif tətbiq edən fərman imzalayıb. Sənəddə bu qərarın Kanadanın Amerika məhsullarına qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavab olduğu bildirilib.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31