103-cü hökumət...
22.07.2026 [12:38]
Endi Börnham Böyük Britaniyanın yeni Baş naziri oldu...
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Bukinqem sarayında Kral III Çarlzla görüşərək vəzifəsindən istefasını rəsmiləşdirməsinin ardından Baş nazir kimi səlahiyyətlərinə rəsmi şəkildə xitam verilib. İyulunu 20-də isə kral III Çarlz ölkə hökumətini formalaşdırmaqla bağlı rəsmi olaraq Börnhama tapşırıq verib. Xatırladaq ki, Mançester şəhərinin 56 yaşlı keçmiş meri Endi Börnham ötən cümə günü Leyboristlər Partiyasının rəhbərliyində Kir Starmeri əvəzləyib. Qeyd edək ki, Börnhamın Böyük Britaniyanın növbəti baş naziri olacağı faktı bir neçə həftə öncədən məlum olsa da, rəsmi olaraq yalnız bazar ertəsi kralın tapşırığı ilə vəzifəsinə başlayıb. Beləliklə, Börnham kabineti Böyük Britaniya tarixində rəsmi 103-cü hökumət oldu.
Meriyadan Baş nazirliyə...
Endi Börnham 1970-ci ildə İngiltərənin şimalındakı Liverpul şəhərində anadan olub. O, Liverpulun simvollarından sayılan “Everton” Futbol Klubunun qatı azarkeşidir. Kembric Universitetində dilçilik ixtisası üzrə təhsil alan Börnham gənc yaşlarından siyasətlə maraqlanıb və Leyborist Partiyasının üzvü olub. 31 yaşında ilk dəfə millət vəkili seçilən Börnham o zamankı Baş nazir Qordon Braunun diqqətini cəlb edir və onun kabinetində vəzifə alır - bir müddət Səhiyyə naziri vəzifəsində çalışır. London karyerası ərzində iki dəfə partiya daxilində seçkilərə qatılsa da, hər ikisində məğlub olub.
2017-ci ildə Börnham Londonu tərk edir və “böyük siyasətçi” olmağın əvəzinə Mançester meri olmağı məqsədəuyğun sayır. Lakin illər keçsə də Leyboristlər Partiyasının lideri olmaq arzusundan da əl çəkmir - qaydalara görə, partiya rəhbəri olmaq üçün mütləq şəkildə parlament üzvü kimi təmsil olunmalısan. Məhz bu səbəbdən bu ilin əvvəlində Börnham parlamentə qayıtmağa cəhd göstərmişdi - partiyadan Şimali İngiltərədə əlavə seçkilərdə iştirak etmək üçün icazə istəmişdi. Partiya isə onun bu istəyinə imtina cavabını vermişdi. Həmin ərazidə “Yaşıllar” partiyasının namizədinin sensasion qələbəsi isə Baş nazir Kir Starmerə daha bir böhran yaşatdı - partiya ona qarşı Şimali İngiltərəyə nəzarəti itirməklə bağlı mühüm ittihamlar irəli sürdü.
Leyboristlər Partiyasında “sosialist” kimi xarakterizə olunan Börnham partiyanın “yumşaq sol” qanadı hesab olunur. Onun ən mühüm xidmətlərindən biri kimi isə COVID-19 pandemiyası zamanı Mançester şəhərində görülən tədbirlərə peşəkarcasına nəzarət etməsi olmuşdu. O, karantin dövründə işçi qüvvəsinin 80 faizini maaşsız işdən çıxara biləcək müəssisələr üçün səmərəsiz qrant sisteminin istifadəsinin qarşısını aldı, çünki qalan 20 faizi mükafatlandırmaq üçün dövlət vəsaitlərindən istifadə cəmiyyətdə bərabərsizliyi daha da artıra və müstəqil gəlir mənbələri əvəzinə dövlət subsidiyalarından asılı olan çoxlu sayda yoxsul insan yarada bilərdi. Endi Börnhamın məntiqi arqumentləri dinlənildi və hökumət səviyyəsində təsir göstərdi.
Ötən ayın 18-də Makerfild seçkilərində səslərin 54 faizini toplayan Endi Börnham əsas rəqibi, İslahat Partiyasının namizədi Robert Kenyonu 9231 səs qabaqladı. Qeyd edək ki, bu seçki sırf təsadüfdən irəli gəlirdi - yerli seçkilərdə katastrofik nəticələrlə üz-üzə qalan Leyboristlər partiyasında millət vəkili Coş Saymon etiraz əlaməti olaraq istefa vermişdi - Börnhamın parlamentə yolu da məhz belə açıldı.
Endi Börnhamın əsas yerli seçkilərdə qəti qələbəsi onun yenidən partiya liderliyi yarışına girməsi ilə nəticələndi. Börnhamın artan siyasi profili və YouGov və digərləri kimi milli sorğularda təsdiq reytinqinin kəskin şəkildə ən yüksək səviyyəyə yüksəlməsi, əvəzində isə Baş nazir Starmerin təsdiq reytinqinin kəskin şəkildə azalması və partiya daxili dəstəyinin zəifləməsi partiyada lider əvəzlənməsinə səbəb oldu. Yeni lider kimi Börnhamın parityası qarşısında əsas vəzifəsi isə Leyborist Partiyasının reytinqinin yenidən qaldırılmasıdır.
Yeni kabinet: gedənlər və qalanlar...
Yeni Baş nazir artıq hökumət kabinetinin əsas üzvlərini də açıqlayıb. Təyinatlara əsasən, Con Hili maliyyə naziri vəzifəsinə gətirilib. Ed Miliband ölkənin yeni xarici işlər naziri təyin olunub. Şabana Mahmud daxili işlər naziri vəzifəsini qoruyub saxlayıb. Keçmiş xarici işlər naziri İvett Kuper isə səhiyyə naziri təyin edilib. Baş nazirin Ofisi, həmçinin bildirib ki, Pat Makfadden əmək və pensiyalar naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Yeni maliyyə naziri Con Hili ötən ay Kir Starmer hökumətində müdafiə naziri vəzifəsindən istefa vermişdi. O, Maliyyə Nazirliyini müdafiə sahəsinə investisiya planını maliyyələşdirmək istəməməkdə ittiham etmiş, sonradan ayrılan əlavə vəsaitin ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün kifayət etmədiyini bildirmişdi.
Müxalifət partiyaları Con Hilin təyinatını ehtiyatla qarşılayıblar. “O, indi Müdafiə İnvestisiya Planının düzgün maliyyələşməsini təmin edə biləcək”, - deyə Mühafizəkarların lideri Kemi Badenok bildirib: “Mühafizəkarlar sosial xərcləri azaltmaq və müdafiəni maliyyələşdirmək üçün onunla işləməyə hazırdırlar. Biz vergiləri artıra və daha çox borc ala bilmərik.”
Liberal Demokratların lideri Ed Deyvi isə X-də yazıb ki, Hil “illərdir Mühafizəkarların ixtisarlarından və Starmerin qətiyyətsizliyindən sonra silahlı qüvvələrimizi yenidən qurmağın zəruriliyindən” yaxşı xəbərdardır.
Börnham həmçinin ötən ilin dekabrına qədər nəqliyyat naziri vəzifəsində çalışan yaxın müttəfiqi Luiz Heyqi Hökumət Departamentlərinin Koordinasiya naziri vəzifəsinə təyin edib.
Starmerin rəhbərliyi dövründə ədliyyə naziri və Baş nazirin müavini olan kansler Reyçel Rivz, mənzil naziri Stiv Rid, biznes naziri Peter Kayl, üç kabinet vəzifəsi tutan və hökumət departamentinin işini əlaqələndirən Starmerin siyasi müşaviri Darren Cons və bir neçə digər kabinet üzvü isə istefalarını elan ediblər.
Əsas diqqət daxili islahatlaradır...
Bazar ertəsi günü hökumət başçısının iqamətgahına gələn Börnham özünün əsas hədəflərini açıqlayıb. İlk çıxışında o siyasətçilərin qarşıdakı çağırışlara cavab vermək üçün fəaliyyətlərini gücləndirməli olduqlarını deyib. Endi Börnham insanların siyasətdən narazı olduğunu etiraf edib və bildirib ki, hökuməti buna cavab verməlidir. “Mən sizi eşidirəm. Biz kifayət qədər yaxşı olmamışıq və daha yaxşı olmalıyıq. Elə də olacaq”, - deyə o tərəfdarlarına səslənib.
Yeni Baş nazir ölkədə yeni siyasi yanaşmanın formalaşdırılacağını, siyasətin qarşıdurmadan daha çox problemlərin həllinə yönələcəyini vurğulayıb. O, 1980-ci illərdə həyata keçirilən özəlləşdirmə və sənayesizləşdirmə siyasətini yanlış istiqamətlər adlandıraraq, bir çox bölgələrin hələ də bunun mənfi təsirlərini hiss etdiyini qeyd edib. Börnham hökumətin səlahiyyətləri mərkəzdən bölgələrə ötürəcəyini, əsas xidmətlərin daha əlçatan olması üçün onların üzərində dövlət nəzarətinin gücləndiriləcəyini bildirib.
Baş nazir yaşayış xərclərinin azaldılmasına yönəlmiş ilk tədbirləri də açıqlayıb. O əlavə edib ki, bu ilin sonuna qədər Böyük Britaniya üçün 10 illik inkişaf planını təqdim edəcək. Börnham bildirib ki, Baş nazir kimi verəcəyi ilk göstəriş ölkədə küçələrdə yaşayan insanların probleminin aradan qaldırılması ilə bağlı olacaq. O çıxışının sonunda ölkədə birlik və ümid çağırışı edib.
Endi Börnham vəzifəyə başladıqdan sonra ilk mühüm qərarını da açıqlayıb. O, bu ilin oktyabr ayından etibarən ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərinə tətbiq olunan 5 faizlik əlavə dəyər vergisinin (ƏDV) sıfıra endiriləcəyini bildirib. Hökumətin hesablamalarına görə, bu dəyişiklik nəticəsində orta hesabla hər bir ailə ildə təxminən 45 funt sterlinq qənaət edəcək. Biznes naziri Conatan Reynolds deyib ki, vergi güzəşti cari maliyyə ilinin sonunadək maliyyələşdirilib. Onun sözlərinə görə, bunun üçün əvvəlki Baş nazir Kir Starmer hökumətinin planlaşdırdığı rəqəmsal şəxsiyyət vəsiqəsi proqramı ləğv olunub və ayrılmış vəsait bu məqsədə yönəldilib.
Reynolds əlavə edib ki, elektrik təchizatçıları ƏDV-nin ləğvindən yaranan güzəşti istehlakçıların hesablarına tam şəkildə tətbiq edəcək və bu sahədə hər hansı problem gözlənilmir.
Xarici siyasət prioritetləri dəyişmir
Siyasi mütəxəssislərin fikrincə, Endi Börnhamın Baş nazir seçilməsi Böyük Britaniyanın xarici siyasət kursunda fundamental dəyişikliklər vəd etmir. Daxili siyasi islahatların fonunda xarici siyasət hədəfləri yerində qalır. Böyük Britaniyanın əsas müttəfiqi qismində yenə də ABŞ çıxış edəcək. Bu faktoloji şəkildə də təsdiqlənib. Belə ki, yeni Baş naziri Endi Börnham vəzifəsinin icrasına başladıqdan sonra ilk beynəlxalq telefon danışığını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla aparıb. Dauninq Stritin qarşısında ilk çıxışını etdikdən sonra Trampla əlaqə saxlayan Börnham bununla Baş nazir kimi ilk xarici təmasını reallaşdırıb. Tərəflər arasında aparılan telefon danışığının məzmunu açıqlanmasa da, mövzunun təhlükəsizlik, əməkdaşlıq və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı olduğu güman edilir.
Yeni Baş nazirin Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi də özünün sələfinin siyasətini davam etdirmək olacaq. Belə ki, bu faktı Börnham Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib. Bu barədə Baş nazirin Ofisi məlumat yayıb. Məlumata görə, Endi Börnham Böyük Britaniyanın Ukrayna xalqına dəstəyə sadiq qaldığını və Rusiyaya münasibətdə mövcud siyasətini davam etdirəcəyini vurğulayıb.
Telefon danışığı zamanı Baş nazir Zelenskini Böyük Britaniyaya dəvət edib və Ukraynanın, eləcə də Avropanın müdafiəsinin gücləndirilməsi məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17

