Müasir medianın inkişaf yolu
22.07.2026 [09:23]
Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolu ərzində müxtəlif tarixi mərhələlərdən keçərək bu gün müasir informasiya cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Qloballaşma, rəqəmsal texnologiyaların sürətli inkişafı və informasiya təhlükəsizliyinin dövlətlərin milli maraqlarının ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə medianın üzərinə daha böyük məsuliyyət düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoymuş, milli maraqların müdafiəsində və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında daha fəal mövqe tutmuşdur.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyə ciddi təsir göstərdiyi şəraitdə media siyasətinin yenilənməsi zərurətə çevrilmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar da məhz bu çağırışlara cavab verməyə xidmət edir.
Bu istiqamətdə mühüm addımlardan biri Medianın İnkişafı Agentliyinin yaradılması oldu. Agentliyin fəaliyyəti media mühitinin sağlamlaşdırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, informasiya resurslarının dayanıqlı inkişafına və müasir jurnalistikanın beynəlxalq standartlara uyğun formalaşmasına yeni imkanlar yaratdı. Eyni zamanda, "Media haqqında" Qanunun qəbul edilməsi media sahəsində hüquqi münasibətlərin daha müasir əsaslarla tənzimlənməsinə xidmət etdi.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, "Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var." Bu fikir yalnız keçmişə verilən qiymət deyil, həm də gələcəyə ünvanlanan mühüm çağırışdır. Çünki zəngin tarixə malik olan milli mətbuatın qarşısında müasir dövrdə daha məsuliyyətli vəzifələr dayanır.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan mediasının peşəkarlığını və vətənpərvərlik mövqeyini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdığı kimi, informasiya cəbhəsində də jurnalistlər böyük fədakarlıq göstərdilər. Operativ, dəqiq və etibarlı məlumatların ictimaiyyətə çatdırılması, dezinformasiyaların ifşa olunması və Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılması media nümayəndələrinin üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu göstərdi.
Müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri də medianın diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr, "Böyük Qayıdış" proqramı, yeni şəhər və kəndlərin qurulması barədə hazırlanmış reportajlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu artıq beynəlxalq informasiya dialoqu üçün nüfuzlu platformaya çevrilmişdir. Müxtəlif ölkələrdən media rəhbərlərinin, jurnalistlərin və ekspertlərin iştirak etdiyi bu forum Azərbaycanın qlobal informasiya məkanında artan rolunun göstəricisidir. Forum çərçivəsində medianın gələcəyi, süni intellekt, dezinformasiya ilə mübarizə və peşəkar jurnalistikanın inkişaf perspektivləri ətrafında aparılan müzakirələr ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Rəqəmsal dövr yeni imkanlarla yanaşı, yeni təhlükələr də yaradır. Yalan xəbərlər, informasiya manipulyasiyası və kiberhücumlar medianın qarşısında duran əsas çağırışlardandır. Belə şəraitdə jurnalistin əsas silahı operativlikdən əvvəl obyektivlik, peşəkarlıq və məsuliyyət olmalıdır. Həqiqətə söykənən informasiya cəmiyyətin dövlətə inamını möhkəmləndirən ən vacib amillərdən biridir.
Azərbaycan mediası bu gün zəngin tarixi ənənələrə söykənərək müasir dünyanın çağırışlarına inamla cavab verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl media siyasəti milli mətbuatın inkişafına yeni imkanlar açmış, onun beynəlxalq nüfuzunu daha da artırmışdır. İnanırıq ki, Azərbaycan jurnalistikası bundan sonra da milli maraqların qorunmasına, həqiqətlərin dünyaya çatdırılmasına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqincə xidmət edəcəkdir.
Aydan Ramazanzadə
Siyəzən RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsələhətçisi
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17

