Milli Mətbuat – Milli Şüurun və Dövlətçiliyin Güclü Dayağı
22.07.2026 [10:26]
Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsasının qoyulması ilə bağlıdır. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsi, milli özünüdərkin formalaşması, ana dilinin inkişafı və ictimai fikrin oyanışında misilsiz rol oynamışdır.
“Əkinçi”nin yaratdığı ənənələr sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet və jurnallar tərəfindən davam etdirilmiş, Azərbaycan milli mətbuatı xalqın azadlıq ideyalarının, maarifçilik hərəkatının və milli-mənəvi dəyərlərinin təbliğində mühüm missiya yerinə yetirmişdir.
Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan mediasının inkişafında yeni mərhələnin əsasını qoydu. Senzuranın ləğv edilməsi, söz və mətbuat azadlığının təmin olunması, müasir qanunvericilik bazasının formalaşdırılması və medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar ölkədə azad və peşəkar media mühitinin inkişafına geniş imkanlar yaratdı.
Prezident İlham Əliyev tərəfindən media siyasəti ardıcıl şəkildə davam etdirilərək dövlət dəstəyi daha da gücləndirilmişdir. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul olunması, media subyektlərinə vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də milli jurnalistikaya verilən yüksək dəyərin ifadəsidir.
Müasir dövrdə Azərbaycan mediası rəqəmsal transformasiya mərhələsini yaşayır. İnternet jurnalistikasının inkişafı, informasiya texnologiyalarının geniş tətbiqi, süni intellekt imkanlarından istifadə və dezinformasiyaya qarşı mübarizə medianın qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkənin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, peşəkar jurnalistikanın inkişafına və milli informasiya resurslarının gücləndirilməsinə xidmət edir.
Azərbaycan mediası Birinci və İkinci Qarabağ müharibələri dövründə də üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmiş, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatına qarşı informasiya mübarizəsində mühüm rol oynamışdır. Vətən müharibəsi dövründə jurnalistlərin peşəkarlığı, operativ fəaliyyəti və vətənpərvərliyi Azərbaycan mediasının nüfuzunu daha da artırmışdır.
Son illərdə Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanı beynəlxalq media dialoqunun mühüm platformalarından birinə çevirib. Forumlarda dezinformasiyaya qarşı mübarizə, rəqəmsal media, süni intellekt, media etikası və sülh quruculuğunda medianın rolu kimi aktual mövzular geniş müzakirə olunur. Bu təşəbbüslər Azərbaycanın qlobal informasiya məkanında nüfuzunun daha da möhkəmlənməsinə töhfə verir.
Bu gün Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələrə söykənərək inkişafını davam etdirir. Peşəkarlıq, obyektivlik, operativlik, milli maraqların qorunması və cəmiyyətin düzgün məlumatlandırılması müasir jurnalistikanın əsas prinsipləri olaraq qalır. Milli mətbuatımız ötən 150 ildə olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçilik maraqlarına, milli həmrəyliyin möhkəmlənməsinə və cəmiyyətin inkişafına xidmət edən mühüm ictimai institut kimi öz missiyasını uğurla davam etdirəcəkdir.
Aqil Abdulov
Siyəzən RİHB-nın Ərazi-təşkilat və icitmai siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17

