Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

29.07.2026 [10:53]

"Henley Passport Index" reytinqinə əsasən, Macarıstan pasportu yenidən dünyanın ən güclü pasportları sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, son reytinqdə Macarıstan Avstraliya, Çexiya, Malta və Polşa ilə birlikdə yeddinci yeri bölüşür. Macarıstan pasportunun sahibləri 185 ölkə və əraziyə vizasız və ya sadələşdirilmiş giriş imkanından yararlana bilirlər.

İndeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatları əsasında hazırlanır və mütəmadi olaraq yenilənir. Reytinqə 193 istiqamətə vizasız giriş imkanı ilə Sinqapur liderlik edir.

Tədqiqat müəlliflərinin fikrincə, yüksək reytinq dövlətlər arasında beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimadın səviyyəsini əks etdirir. Macarıstan pasportu sahiblərinə geniş səyahət imkanları təqdim etməklə təkcə Avropanın deyil, dünyanın ən güclü pasportlarından biri statusunu qoruyur.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31