Azərbaycan dili – milli kimliyimizin əbədi pasportu
29.07.2026 [11:17]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və milli kimliyimizin əsas sütunlarından biri olan ana dilimizin qorunmasına və inkişafına göstərilən yüksək dövlət qayğısının təzahürüdür.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin milli varlığımızın ən böyük sərvətlərindən biri olduğunu xüsusi vurğulayaraq deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır...” Bu dərin məzmunlu fikirlər Azərbaycan dilinə verilən yüksək dəyərin, milli özünüdərkin və dövlətçilik ideologiyasının parlaq ifadəsidir.
Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini və mənəvi sərvətlərini yaşadaraq bu günümüzə gətirib çıxarmışdır. Ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli yaddaşı, mənəvi irsi və müstəqilliyimizin ən mühüm rəmzlərindən biridir. Dilini qoruyan xalq öz tarixini, mədəniyyətini və gələcəyini də qoruyur.
Müstəqil Azərbaycan dövlətində ana dilimizin inkişafı və qorunması məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində yeni mərhələyə qədəm qoymuşdur. Onun təşəbbüsü ilə Azərbaycan dili dövlət dili statusunu daha da möhkəmləndirmiş, latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla həyata keçirilmiş, ana dilimizin saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 2001-ci il avqustun 9-da imzalanmış Fərmanla avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi təsis edilməsi bu siyasətin mühüm nəticələrindən biridir.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Azərbaycan dilinin zənginliyinin qorunması, müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi, rəqəmsal mühitdə tətbiq imkanlarının genişləndirilməsi və gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının imzaladığı sənədlər və qəbul edilən proqramlar Azərbaycan dilinin nüfuzunun daha da artırılmasına xidmət edir.
Qloballaşmanın sürətləndiyi müasir dövrdə müxtəlif dillərin təsiri artsa da, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənclər ana dilinin incəliklərini dərindən mənimsəməli, gündəlik həyatlarında və informasiya məkanında Azərbaycan dilinin norma və qaydalarına hörmətlə yanaşmalıdırlar. Ulu Öndərin də qeyd etdiyi kimi, cəmiyyətimizdə Azərbaycan dili mütləq hakim dil olmalıdır.
Azərbaycan dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi körpüdür. Harada yaşamağımızdan asılı olmayaraq, ana dilimizi yaşatmaq milli birliyimizi və milli kimliyimizi qorumaq deməkdir. Bu dil Nizaminin, Füzulinin, Vaqifin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Bəxtiyar Vahabzadənin və digər görkəmli şəxsiyyətlərimizin bizə miras qoyduğu əvəzsiz xəzinədir.
Əminliklə demək olar ki, Azərbaycan dili dövlət müstəqilliyimizin, milli həmrəyliyimizin və gələcək inkişafımızın əsas dayaqlarından biri olaraq bundan sonra da yaşayacaq, zənginləşəcək və gələcək nəsillərə ən qiymətli milli sərvət kimi ötürüləcəkdir. Azərbaycan dilini sevmək, qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının vətəndaşlıq borcu və milli məsuliyyətidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 16:43
YAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56

