“RT France” telekanalının keçmiş rəhbərinin Fransadan çıxarılmasına qərar verilib
30.07.2026 [16:19]
Fransanın Daxili İşlər Nazirliyi “RT France” telekanalının keçmiş rəhbəri və hazırda “Cnews” televiziya kanalında çıxış edən rusiyalı şərhçi Kseniya Fedorovanın ölkədən çıxarılması barədə inzibati qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazirlik onun Rusiya tərəfindən aparılan dezinformasiya kampaniyalarını yaymaqla dövlətin əsas maraqlarına və ictimai asayişə təhdid yaratdığını bildirir. Qərar Paris Polis Prefekturası tərəfindən Fedorovanın vəkilinə təqdim edilib. Lakin bu, onun Fransadan çıxarıldığı anlamına gəlmir.
Fransanın “Libération” nəşrinin dərc etdiyi sənədə əsasən, hakimiyyət orqanları hesab edir ki, Fedorovanın fəaliyyəti dövlətin fundamental maraqlarına zərər vurur və onun Fransada olması ictimai asayiş üçün xüsusilə ciddi və aktual təhlükə yaradır.
Qərarda o, Fransa daxilində sabitliyi pozmaq məqsədi daşıyan və Rusiya hakimiyyəti tərəfindən idarə olunduğu iddia edilən dezinformasiya kampaniyalarının “narrativlərini” yaymaqda ittiham olunur.
Fransanın xarici işlər naziri Jan-Noel Barro may ayının sonunda Kseniya Fedorovanı “Kremlin dezinformasiyasını yayan təbliğatçısı” adlandırmışdı. Xarici İşlər Nazirliyi onu Ukrayna müharibəsi ilə bağlı Moskvanın mövqeyini təkrarlamaqda və münaqişənin davam etməsinə görə Avropa ölkələri ilə NATO-nu günahlandırmaqda ittiham edib.
Fedorova isə bu ittihamları rədd edərək, jurnalist fəaliyyətini yerinə yetirdiyini, irəli sürdüyü fikirlərin müzakirə edilə biləcəyini, lakin sadəcə narahatlıq yaratdığı üçün qadağan edilməsinin yolverilməz olduğunu bildirib.
Kseniya Fedorovanın yaşayış icazəsi 2024-cü ilin avqustunda daha 10 il müddətinə uzadılmışdı. Daxili İşlər Nazirliyi həmin qərarın qəbulunda siyasi müdaxilə olmadığını vurğulamışdı. Fedorova 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqında yayımı qadağan edilən, daha sonra isə Fransadakı filialı 2023-cü ildə ləğv olunan “RT France” televiziya kanalına rəhbərlik edib. O, 2025-ci ildən etibarən “Cnews” və “Europe 1”də çıxış edir, “JDNews” nəşrində yazılar dərc edir və pravoslav irsinə həsr olunmuş televiziya proqramı aparır. Onun efir fəaliyyətinə görə bir sıra deputatlar Fransa Audiovizual Tənzimləmə Qurumuna (Arcom) müraciət ediblər. Bununla belə, “Canal+” və “Lagardère Radio” rəhbərliyi Fedorovanın efirdə çıxışını ifadə azadlığı və media plüralizmi prinsipləri ilə əsaslandıraraq müdafiə edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

