Ana dilimizi qorumalı, yaşatmalı və təbliğ etməliyik
30.07.2026 [13:58]
Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev həm SSRİ, həm də müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılması, yaşadılması və təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib. Bu ali məqsəd ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını təşkil edib və dövlət siyasətinin prioritetlərindən biri olub. Bu, dahi şəxsiyyət Heydər Əliyevin yüksək vətənpərvərliyində, Azərbaycançılıq məfkurəsindən doğan fəaliyyətində özünü açıq büruzə verib. Ana dilimizə məhəbbəti xüsusilə seçilib və hər bir azərbaycanlı üçün əsl nümunə olub. Tarixi çıxışları sübut edir ki, ümummilli lider Heydər Əliyev hər zaman ana dilimiz haqqında danışarkən onu yüksək tərənnüm edərək doğma dilimizi milli sərvətimiz adlandırırdı. Xalqın milli kimliyini özündə daşıyan, tarixin ağır sınaqlarından çıxmış ana dilimiz ən böyük zənginliyimizdir. Bu gün qürurla deyə bilərik ki, qalib ölkənin qalib vətəndaşları olaraq öz zəngin söz bazası, ifadə tərzi ilə seçilən milli dilimizi dünyaya tanıtmaq missiyasını uğurla həyata keçiririk. Bu müqəddəs tarixi, siyasi missiyanın əsasını isə məhz ulu öndərimiz Heydər Əliyev qoyub.
Ulu öndərin dövlətimiz və xalqımız qarşısında xidmətləri danılmazdır. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil dövlətimiz bütün sahələrdə uğurlara imza atıb. Azərbaycanın tarixi dəyərləri, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız isə sözün əsl mənasında özünün intibah dövrünü yaşayıb. Ümummilli liderimiz tərəfindən əsası qoyulan bu siyasi strategiya bu gün də dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və milli maraqlarımıza tam cavab verərək məqsədyönlü islahatlarla davam etdirilir.
Vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyevin SSRİ dövründə üzləşdiyi bütün təzyiqlərə və təhlükələrə baxmayaraq Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə bağlı irəli sürdüyü təşəbbüs olduqca əhəmiyyətli tarixi və siyasi hadisə idi. SSR-nin ali qanunlar toplusunda Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapması ulu öndərimizin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biridir və bu, ana dilimizin, milli kimliyimizin təsdiqidir. Vətənə, millətə və tarixi kökümüzə, milli-mənəvi dəyərlərimizə sadiqliyi hər zaman nümunə olan ümummilli liderimiz Heydər Əliyevin ana dilimizi kənar təsirlərdən və təzyiqlərdən qoruması, bu dəyərləri müdafiə etməsi və təbliğ etməsi çox böyük tarixi, siyasi bir missiyadır. Bu müqəddəs missiya uzun illər müstəqil dövlətimizin və xalqımızın tarixinə işıq tutmuş, ulu öndəri milli dəyərlərimizin əsl hamisinə çevirmişdir.
Gələcək nəsillərimizə örnək olacaq bu tarixi təşəbbüsün nəticəsi olaraq Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin əhəmiyyəti tariximizdə ana dilimizin inkişafına və yayılmasına gətirib çıxarmışdır. Sonrakı tarixi mərhələlərdə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ana dilimiz öz rəsmi hüquqi statusuna qovuşmuşdur. Belə ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Dahi şəxsiyyət ana dilimizlə daim fəxr etdiyini, dilimizin dünyanın ən zəngin dillərindən biri olduğunu və bu dildə danışmaqdan böyük qürur duyduğunu bildirirdi.
Vüsar İsmayılov
Yeni Azərtbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54

