Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vüsal Hüseynov: Əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunması üzərində işləyirik

Vüsal Hüseynov: Əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunması üzərində işləyirik

29.07.2026 [14:01]

Rəqəmsal səyyahlar və rəqəmsal istedad vizaları ilə bağlı miqrasiya qanunvericiliyinə müəyyən dəyişikliklər nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, yaxın perspektiv üçün vacib istiqamət əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunmasıdır: "Əcnəbilərə verilən müvəqqəti, daimi icazə vəsiqələrinin tam elektron sənəd formasında tərtib olunması üzərində işləyirik. Yəni qanun qüvvəyə mindikdən sonra artıq çap edilmiş vəsiqələr verilməyəcək. Bugünkü qanunla hər bir halda şəxs əgər “mygov”dan vəsiqəni götürürsə, o, əslinə bərabər tutulur. Ancaq növbəti bir təklif ondan ibarətdir ki, onu çap etməyə ehtiyac qalmasın. O, QR kod olacaq. Şəxs zərurət bilərsə, özü onu çap edə bilər",- deyə Vüsal Hüseynov qeyd edib.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31