Azərbaycan–Qırğızıstan münasibətləri ən yüksək səviyyədə
03.08.2026 [18:35]
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını nümayiş etdirdi. İmzalanmış sənədlər, əldə olunan razılaşmalar və verilən siyasi mesajlar göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq müttəfiqlik səviyyəsinə yüksəlib.
Ölkə başçısıın bəyanatında xüsusi vurğulanmışdır ki, müttəfiqlik yalnız siyasi bəyanat deyil, qarşılıqlı etimadın, ortaq maraqların və gələcəyə hesablanmış strateji əməkdaşlığın ən yüksək formasıdır. Bu münasibətlər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi, iqtisadi layihələrdə birgə fəaliyyəti, təhlükəsizlik sahəsində koordinasiyanı və humanitar əlaqələrin daha da genişləndirilməsini özündə ehtiva edir.
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasında aparıcı dövlətlərdən birinə çevrilib.
Səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi. İqtisadiyyat, investisiya, nəqliyyat, ticarət, təhsil, humanitar əməkdaşlıq və digər istiqamətlər üzrə əldə olunan razılaşmalar göstərir ki, Bakı və Bişkek əməkdaşlığı yalnız siyasi dialoqla məhdudlaşdırmır, onu konkret layihələr və real nəticələrlə zənginləşdirirlər.
Bu baxımdan Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması xüsusi diqqət çəkən qərarlardan biridir. Fondun kapitalının iki dəfə artırılması iki ölkənin iqtisadi əməkdaşlığa böyük inam bəslədiyini göstərir.
Azərbaycanın xarici iqtisadi siyasətində investisiyalar artıq yalnız maliyyə qoyuluşu deyil, həm də dostluq münasibətlərinin möhkəmləndirilməsi vasitəsinə çevrilib. Qırğızıstanda həyata keçirilən layihələr bunun bariz nümunəsidir. İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilmiş "Bakı Resort & Spa" hotelinin istifadəyə verilməsi də bu siyasətin uğurlu nəticələrindəndir. Azərbaycanın adını daşıyan müasir turizm kompleksi həm ölkəmizin iqtisadi imkanlarını, həm də dost xalqlarla əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Azərbaycan–Qırğızıstan münasibətlərinin ən güclü dayaqlarından biri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərdir. Prezident İlham Əliyevin çıxışında humanitar əməkdaşlığa geniş yer ayırması təsadüfi deyil. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikilməsi Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyin rəmzinə çevrilib.
Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə Qırğızıstan Prezidentinə və digər Mərkəzi Asiya dövlət başçılarına təşəkkür etməsi xüsusi siyasi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Azərbaycan bu gün Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat və logistika mərkəzlərindən biridir. Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, enerji və kommunikasiya layihələrinin genişləndirilməsi Mərkəzi Asiya ölkələri üçün də böyük perspektivlər açır.
Səfər zamanı ən mühüm siyasi hadisələrdən biri də qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının ən ali dövlət mükafatı olan birinci dərəcəli "Manas" ordeni ilə təltif edilməsi Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir. Eyni zamanda Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeni ilə təltif olunması dövlətlər arasında qarşılıqlı hörmətin, etimadın və dostluğun ən yüksək səviyyədə təsdiqi kimi tarixə düşdü. Bu qarşılıqlı təltiflər iki ölkə liderləri arasında mövcud olan səmimi münasibətlərin, siyasi etimadın və strateji tərəfdaşlığın rəmzi olmaqla yanaşı, Azərbaycan–Qırğızıstan əlaqələrinin gələcək inkişafına verilən yüksək qiymətin göstəricisidir.
Bu gün Bakı ilə Bişkek arasında formalaşan müttəfiqlik münasibətləri təkcə iki ölkənin deyil, bütün türk dünyasının güclənməsinə xidmət edir. İqtisadi layihələr, ortaq humanitar təşəbbüslər, qarşılıqlı siyasi dəstək və yüksək etimad Azərbaycan–Qırğızıstan münasibətlərini yeni zirvəyə yüksəldir.
Tarixdən məlumdur ki, ortaq köklərə, qarşılıqlı hörmətə və etibarlı tərəfdaşlığa əsaslanan münasibətlər uzunömürlü olur. Azərbaycan və Qırğızıstan da məhz bu prinsiplər üzərində gələcəyə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin bu səfəri isə həmin gələcəyin möhkəm təməlini daha da gücləndirəcəkdir.
Möhsünova Tahirə
Yeni Azərbaycan Partiyası
Culfa rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

