Azərbaycan və Qırğızıstan müttəfiqlik məsuliyyətini şərəflə daşıyır
05.08.2026 [13:16]
2026-cı il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri ikitərəfli münasibətlərin salnaməsinə qızıl hərflərlə yazılan tarixi bir hadisə oldu. Çolpon-Ata şəhərində baş tutan ali səviyyəli görüşlər, aparılan danışıqlar və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasında əlaqələrin artıq sadəcə strateji tərəfdaşlıq çərçivəsini aşaraq keyfiyyətcə yeni — müttəfiqlik mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi.
Dövlətimizin başçısı mətbuata bəyanatında münasibətlərin hazırkı inkişaf dinamikasını dəyərləndirərək xüsusi vurğuladı: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq". Bu bəyanat Azərbaycanın və Qırğızıstanın yalnız mövcud siyasi dialoqu möhkəmləndirmək deyil, həm də regional və qlobal miqyasda birgə strateji addımlar atmaq iradəsini aydın şəkildə ortaya qoydu.
Azərbaycan və Qırğızıstan xalqlarını əsrlərdən gələn köklü tarixi, mədəni və mənəvi bağlar bir-birinə bağlayır. Müstəqillik illərin də bu təməl üzərin də qurulan diplomatik münasibətlər son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və siyasi iradəsi sayəsində maksimum sürətlə inkişaf edib.
Səfər çərçivəsin də tərəflər dövlətlər arası münasibətləri ən yüksək zirvəyə qaldırdıqlarını bəyan etdilər. Müttəfiqlik formatı iki ölkəyə qarşılıqlı fəaliyyət imkanlarını artırmaq, xarici siyasətdə ortaq maraqları daha effektiv müdafiə etmək və təhlükəsizlik sahəsində koordinasiyalı addımlar atmaq imkanı verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu status hər iki tərəfə mühüm öhdəliklər yükləyir və Azərbaycan öz imza və sözünə sadiq qalaraq bu strateji məsuliyyəti tam şəkildə üzərinə götürür.
Mətbuata bəyanatda diqqət çəkən ən vacib məqamlardan biri beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin bundan sonrada fasiləsiz davam etdiriləcəyi ilə bağlı verilən mesajlar oldu. Azərbaycan və Qırğızıstan Birləşmiş Millətlər Təşkilatı (BMT), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı daxil olmaqla çox saylı beynəlxalq platformalarda ardıcıl olaraq bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli təşəbbüslərini müdafiə edirlər.
Siyasi müttəfiqliyin real nəticələrlə möhkəmləndirilməsi iqtisadi sahədə atılan praktiki addımlardan birbaşa asılıdır. Prezident İlham Əliyevin bəyanatında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və nəqliyyat-logistika imkanlarının tam reallaşdırılması xüsusi yer tutdu.
Səfər çərçivəsində Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun fəaliyyəti yüksək qiymətləndirildi və onun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması barədə mühüm qərar qəbul edildi. Bu addım Qırğızıstanda və Azərbaycanda yeni sənaye, kənd təsərrüfatı, turizm və infrastruktur layihələrinin maliyyələşdirilməsinə geniş imkanlar açır.
Eyni zamanda, İssık - Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxana kompleksinin açılışı və təməl qoyma mərasimləri iki tərəfli investisiya əməkdaşlığının əməli təzahürü kimi qiymətləndirildi. Mərkəzi Asiya regionunun nəqliyyat və tranzit imkanlarının Orta Dəhliz (Trans xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Azərbaycanın logistik şəbəkəsinə inteqrasiyası hər iki ölkənin iqtisadi dividentlərini artıracaqdır.
Çolpon-Ata görüşlərinin yekununda imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətin çox şaxəli spektri üçün möhkəm hüquqi baza formalaşdırdı. İqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrini əhatə edən bu sənədlər iki ölkə arasında gələcək fəaliyyətin aydın yol xəritəsidir. Dövlətimizin başçısının əminliklə bildirdiyi kimi, bundan əvvəlki görüşlərdə əldə olunmuş razılaşmalar necə uğurla həyata keçirilibsə, bu səfərin nəticələridə eyni dəqiqliklə real həyatda öz əksini tapacaqdır.
Səfərin xüsusi rəmzi məqamlarından biridə dövlət başçılarının mükafatlandırılması mərasimi oldu. Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını nenali mükafatı — "Heydər Əliyev" ordeni ilə təltif etdi. Qırğızıstan dövləti isə Prezident İlham Əliyevi I dərəcəli "Manas" ordeninə layiq gördü. Bu ali təltiflər iki ölkə rəhbərinin bir-birinə, eləcədə xalqlarımızın qardaşlığına verdiyi dərin hörmətin və yüksək siyasi etimadın təzahürüdür.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan ilə əlaqələr prioritet istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının vahid geo strateji və iqtisadi məkan kimi inkişafı Türk dünyasının birliyini daha da möhkəmləndirir.
31 iyul 2026-cı il tarixi dövlət səfəri göstərdi ki, Azərbaycan və Qırğızıstan müttəfiqlik məsuliyyətini şərəflə daşıyaraq, yalnız öz milli maraqlarını qorumur, həm də böyük Avrasiya regionunda sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasında aparıcı güc mərkəzləri kimi çıxış edirlər. Səfərin nəticələri iki ölkənin ortaq gələcəyə doğru daha inamlı addımlarla irəliləyəcəyini bir daha təsdi qetdi.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

