Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb
12.08.2026 [15:40]
Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcək onilliklərdə ölkəmizin regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir. Naxçıvanın inkişafı bütövlükdə ölkəmizin strateji imkanlarını genişləndirir. Prezident İlham Əliyevin regiona son səfəri bir daha təsdiqlədi ki, ölkəmizin geosiyasi baxımdan strateji ərazisi olan Naxçıvanın tərəqqisi daim dövlətimizin başçısının xüsusi diqqətindədir.
Yeri gəlmişkən, qeyd edək ki, Naxçıvan nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından olduqca mühüm coğrafi mövqeyə malikdir. Beynəlxalq layihələr kontekstində yanaşdıqda, Orta Dəhliz marşrutunun Naxçıvan ərazisindən keçməklə Zəngəzur dəhlizinə çıxması, Şərqdən Qərbə qədər uzanması Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı olsa da, hazırda onun iqtisadi və strateji potensialının reallaşdırılması üçün yeni imkanlar formalaşıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Naxçıvanın uzunmüddətli izolyasiyasının aradan qaldırılması və onun güclü iqtisadi məkan kimi inkişaf etdirilməsi üçün geniş perspektivlər açıb. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Muxtar respublika Azərbaycanın Qərbə açılan mühüm qapısı olmaqla, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından açar həlqələrdən biridir. Naxçıvanın regional və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiyası Azərbaycanın ümumi iqtisadi və geosiyasi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri həm də bu bölgədə qlobal layihələrdən tutmuş dayanıqlı inkişafa qədər bütün proqramların daha da intensivləşəcəyi, yeni inkişaf modellərinin və islahat elementlərinin tətbiqi istiqamətində işlərin davam edəcəyi barədə mühüm mesajdır.
Onu da qeyd etmək lazımdır ki, Naxçıvanın güclü iqtisadi və turizm potensialı muxtar respublikanın inkişafında mühüm rol oynayacaq. Həyata keçirilən dövlət siyasəti bölgənin Azərbaycanın mədəni və tarixi incisi kimi dünyaya daha geniş şəkildə tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana səfərləri zamanı tarixi-mədəni abidələri ziyarət etməsi, burada aparılan bərpa və quruculuq işləri ilə tanış olması muxtar respublikanın qədim sivilizasiya mərkəzi və zəngin irsə malik məkan kimi dəyərini bir daha nümayiş etdirir. Məlum olduğu kimi, Naxçıvan qədim insan məskənlərinə və zəngin tarixi irsə malikdir. Bu irsin qorunması, dünyaya tanıdılması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bütün bu məsələlərə kompleks yanaşdıqda Naxçıvanın strateji əhəmiyyətini bir neçə ana istiqamət üzrə qiymətləndirmək mümkündür. İlk növbədə, siyasi və geosiyasi baxımdan Naxçıvan Azərbaycanın mühüm coğrafiyada yerləşən strateji ərazisidir. Onun Türkiyə və İranla sərhəddə yerləşməsi muxtar respublikaya ölkəmizin regional siyasətində xüsusi çəki qazandırır. İkinci mühüm istiqamət geoiqtisadi və nəqliyyat-kommunikasiya layihələridir. Şərqdən Qərbə uzanan Orta Dəhlizin imkanlarının genişləndirilməsi və fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Naxçıvanın strateji dəyərini daha da artıracaq. Naxçıvan qədim sivilizasiyaların qovuşduğu, Azərbaycanın zəngin tarixi və mədəni irsinin mühüm hissəsini özündə yaşadan bir məkandır. Bütün bu aspektlər Naxçıvanı ölkəmizin ən güclü, ən önəmli və xüsusi çəkisi olan bölgələrindən birinə çevirir.
Ən əsası, Naxçıvan tarix boyu ölkəmizin inkişafına və gücünə mühüm töhfələr verib, ölkənin siyasi, iqtisadi və mədəni həyatında özünəməxsus rol oynayıb. Bu baxımdan muxtar respublikanın inkişafı yalnız Naxçıvanın özünün deyil, bütövlükdə ölkəmizin strateji imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır!
Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50

