Onlar niyə sol əllə yazır?
13.08.2026 [09:05]
Solaxaylarla bağlı maraqlı faktlar...
İnsanın hansı əli ilə yazması ilk baxışda adi və əhəmiyyətsiz bir xüsusiyyət kimi görünə bilər. Lakin sol əli dominant olan insanlar haqqında tarix boyu müxtəlif fikirlər səsləndirilib. Onlar bəzən fərqli, bəzən qeyri-adi, hətta yanlış şəkildə xüsusi qabiliyyətlərə malik insanlar kimi təqdim ediliblər. Halbuki solaxaylıq insanın təbii xüsusiyyətlərindən biridir və cəmiyyətin müxtəlifliyinin maraqlı nümunələrindən sayılır.
13 avqust - Beynəlxalq Solaxaylar Günüdür. Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.
Bu gün ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.
Bəzi məlumatlara görə, dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır.
İnsanların böyük əksəriyyəti sağ əllərindən istifadə etməyə üstünlük verdiyi üçün bir çox əşyalar da məhz buna uyğun tərtib edilir. Qayçı, yazı masaları, spiral dəftərlər demək olar ki, solaxay insanların istifadə etməsi qeyri-mümkün olan məhsullardır.
Ancaq solaxaylar üçün həyat tarix boyu da asan olmayıb. Qədimdə solaxay insanlar bəxtsiz olmaqda ittiham olunurdular. Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu. Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar. Qədim Romada bu cür insanları “sinister”, yəni “pislik” adlandırırmışlar. Orta əsrlərin kilsə xadimləri isə solaxayları “şeytan” adlandıraraq yandırırdılar. Rusiyada isə I Pyotr belə bir fərman vermişdi ki, “kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: “Fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”.
Solaxaylıq nədir?
Əvvəlcə onu qeyd edək ki, solaxaylıq qüsur deyil. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sol yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20, sağ əllilərdə isə 5 faizdir.
Solaxaylar haqqında maraqlı faktlar
- Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır
- Solaxaylıq genlə gəlir
- Solaxay kişilər qadınlara nisbətən daha çox psixoloji sarsıntı keçirir
- Solaxay uşaqlar tərs olurlar.
Məşhur solaxaylar...
Dünyada solaxay məşhurlar çoxdur: Bill Geyts, Leonardo da Vinçi, Mark Tven, Bethoven, Merilin Monro, Albert Eynşteyn, Janna d,Ark, Lüis Kerroll, Nikolay Leskov, Mikelancelo, Pol Makkartni, Sergey Raxmaninov, Brüs Uillis və Rober De Niro solaxay məşhurlardır.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill də solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildir.
Ultrasəs müayinədə bilinir...
Solaxaylığın mənşəyi ilə bağlı elmi dəlillərə əsasən, əl üstünlüyü hələ doğuşdan əvvəl formalaşır və bu, 10 həftəlik ultrasəs müayinəsi ilə təsdiqlənir. Müşahidələr göstərib ki, ilkin ultrasəs müayinədə uşağın sağ və ya sol əlli olmasını müəyyən etmək olur. Belə ki, sağ əllilərin sağ barmağını, solaxayların isə sol barmaqlarını əmmək ehtimalı daha çoxdur.
Solaxaylıq genetikdir?
Araşdırmalara görə, uşaqlarda solaxaylıq meyli genetik xüsusiyyətlərə malikdir. Əgər valideynlərin hər ikisi solaxaydırsa, uşağın solaxay olma ehtimalı 50 faizdir. Valideynlərdən biri solaxaydırsa, nisbət 17 faiz, hər ikisi də solaxay deyilsə, bu nisbət 2 faizə düşür.
Solaxayların beyni fərqlidir?
Digər bir araşdırmaya görə, solaxay və sağ əllilərin beyin quruluşu fərqlidir. Belə ki, beyin yarımkürələri hər iki qrupda fərqli olsa da, sağ əlli insanlarda fərqlər daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə, sağ əlli insanlarda dil funksiyaları daha çox sol yarımkürədə lokallaşdırılır, solaxaylarda isə bu aspektdə yarımkürələr arasında fərq daha az nəzərə çarpır.
Sağ əllilərin üstünlüyü məsələsinə gəlincə, bunun təkamülün yan təsiri olduğuna dair bir nəzəriyyə var. Çünki beynin sol yarımkürəsində nitq funksiyalarının inkişafı sağ əlin funksiyalarının artması ilə müşayiət olunub. Oxşar tendensiya meymunlarda da müşahidə olunur, burada sağ və solaxayların paylanması daha bərabərdir.
Bundan başqa, solaxaylar, döyüş sənətlərində müəyyən üstünlüklərə sahib ola bilərlər. Çünki sol tərəfdən hücum rəqibi təəccübləndirir. Bu sürpriz solaxaylara, qılıncoynatma kimi müasir idman növlərində üstünlük verir.
Uşaq solaxay olarsa...
Uzun illərdir ki, solaxaylığın uğursuzluq gətirdiyi, sağ əlliliyin doğru bir şey olduğuna inanan insanlar var. Bundan başqa, bəzi valideynlər övladlarının solaxay olduğunu bildikdə onu bu vərdişdən uzaqlaşdırmağa çalışır. Lakin mütəxəssislər valideynlərin sol əlli uşaqları sağ əlindən istifadə etmək üçün təkid etməsinin düzgün olmadığını, bunun uşaqda ciddi öyrənmə çətinliklərinə səbəb ola biləyini vurğulayırlar.
Onlar üçün sağ əllə yazmaq əsl stressdir
Mütəxəssislərin fikrincə, zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nevroz, pəltək və tənbəl ola bilər. Belə ki, solaxaylar üçün sağ əllə yazmaq əsl stressdir. Onların problemləri əslində sağ əllə işləməyə təkid edildikdən sonra yaranır.
Bu baxımdan valideynlər solaxay övladlarını sağ əllə işləməyə məcbur etməkdənsə, uşağın sol əlini çox erkən yaşlardan inkişaf etdirməlidir. Ola bilsin ki, uşaqlıqda solaxaylar nəsə düzəltməyə və ya çəkməyə başlayanda bunu kobud edirlər. Lakin buna görə üzülməyə dəyməz. Belə uşaqlara səbrlə yanaşmaq və qabiliyyətlərini inkişaf etdirmək lazımdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

