Naxçıvanda yeni inkişaf modeli
14.08.2026 [15:34]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına
növbəti səfəri çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) verdiyi genişmüsahibə təkcə
regionun deyil, ümumilikdə Cənubi Qafqazın yaxın gələcəkdəki iqtisadi, hərbi və geostrateji
mənzərəsini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı əsas tezislər Naxçıvanın
blokada çətinliklərini geridə qoyaraq artıq regionun mühüm enerji və nəqliyyat-logistika mərkəzinə
çevrildiyini təsdiqləyir.
Naxçıvanın strateji coğrafi mövqeyi hər zaman onun təhlükəsizlik məsələlərini birinci dərəcəli
prioritetə çevirib. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, muxtar respublikanın hərbi
müdafiə qabiliyyəti illər ərzində ardıcıl şəkildə gücləndirilib və bu proses hazırda ən müasir
standartlara uyğun davam edir.
Səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılmış komando hərbi
hissələrinə Döyüş bayraqlarının təqdim olunması Azərbaycan Ordusunun vahid komandanlıq və
çevik hərəkət etmə imkanlarının bariz göstəricisidir.
Naxçıvanın enerji təminatı tarixində də yeni era başlayır. Vaxtilə tamamilə xarici təchizatdan
və blokada rejimindən asılı olan muxtar respublika, artıq daxili tələbatını 100 faizlik qazlaşdırma və
yerli elektrik stansiyaları hesabına tam ödəyir. İndi dominatesiya edən hədəf isə Naxçıvanı böyük
enerji ixracatçısına çevirməkdir.
Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvan da "yaşıl enerji zonası" elan edilib. Burada ilk
mərhələdə 500 meqavat, növbəti mərhələdə isə 1000 meqavatı (1 QVt) aşacaq Günəş elektrik
stansiyalarının tikintisi nəzərdə tutulur. Naxçıvanda istehsal olunacaq "yaşıl enerji"nin Azərbaycanın
əsas torpaqlarına və oradan Avropaya ötürülməsi üçün Cəbrayıl rayonunda artıq müasir çevirici
yarımstansiya inşa edilib.
Müsahibənin ən mühüm siyasi və iqtisadi hissələrindən birini Zəngəzur dəhlizinin
reallaşdırılması perspetivləri təşkil edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz ərazisində
nəzərdə tutulan bütün infrastruktur layihələrini planlaşdırılmış qrafikə uyğun sürətlə icra edir.
Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolu xəttindən ibarət deyil. Bu dəhliz boyunca elektrik
verilişi xətləri, fiber-optik rabitə kabelləri və gələcəkdə ehtiyac olarsa neft-qaz kəmərləri çəkiləcək.
Naxçıvanın Culfa dəmir yolu qovşağı vasitəsilə İrana, oradan isə Şimal-Cənub dəhlizi ilə Fars
körfəzinə və Pakistana qədər çıxış imkanları genişlənir. Bu, Naxçıvanı Asiya və Avropa arasında
mühüm tranzit qovşağına çevirir.
Səfər çərçivəsində Naxçıvanın sosial-iqtisadi inkişafına təkan verəcək bir çox mühüm
obyektlərin təməli qoyulub və açılışı reallaşıb. Dövlət başçısı muxtar respublikada həyata keçirilən
Dövlət Proqramının icrasını yüksək qiymətləndirib.
Naxçıvanın yalnız iqtisadi və hərbi deyil, həm də mədəni mərkəz olduğunu vurğulayan
Prezident İlham Əliyev, tarixi-memarlıq abidələrinin bərpası məsələsinə xüsusi diqqət ayırıb.
Möminə xatun məqbərəsinin önündə dahi memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və
ərazidə aparılan abadlıq işləri milli-mənəvi irsimizə verilən yüksək dəyərin təzahürüdür.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvana səfəri və AzTV-yə verdiyi
müsahibə bir daha sübut etdi ki, Zəngəzur, Naxçıvan və Qarabağ bölünməz bir iqtisadi və strateji
məkandır. Hərbi gücün artırılması, "yaşıl enerji" potensialının reallaşdırılması və Zəngəzur dəhlizinin
açılması istiqamətində atılan qətiyyətli addımlar Naxçıvanın gələcək inkişafını tam təmin edir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43

